Qurban bayramı ilə əlaqədar heyvan satışı və kəsimi yerlərində profilaktiki tədbirlər görülüb
2026-05-26 16:16:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi Qurban bayramı günlərində fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirəcək.
Bayram dövründə əhaliyə göstərilən baytarlıq xidmətlərinin operativ və təhlükəsiz təşkili, heyvan sağlamlığının qorunması, eləcə də sanitariya-gigiyena tələblərinə əməl olunmasının təmin edilməsi məqsədilə Agentlik tərəfindən respublikanın bütün bölgələrində diri heyvan heyvan satış yerlərində və kəsim məntəqələrində baytatr mütəxəssislər təhkim olunub.
Müvafiq qurumlarla koordinasiyalı şəkildə müəyyən edilmiş diri heyvan satış və kəsim məntəqələrində baytarlıq-sanitariya nəzarəti və heyvanların kliniki müayinələrinin həyata keçirilir. Baxış zamanı heyvanların sağlamlıq vəziyyəti yoxlanılır, xəstəlik əlamətləri müşahidə olunduqda isə operativ baytarlıq yardımı göstərilir.
Eyni zamanda, diri heyvan satış yerlərində və kəsim məntəqələrində dezinfeksiya tədbirləri gücləndirilib. Qurban bayramından əvvəl və bayram günlərinin sonunda dezinfeksiya işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə xüsusi dezinfeksiya vasitələri və texniki avadanlıqlar ərazilərə cəlb olunub.
Hazırda Bakı şəhəri Seyid Cəfər Pişəvari 2A ünvanında təşkil olunmuş diri heyvanların satış yerlərində bayramdan öncə ərazidə dezinfeksiya tədbirləri həyata keçirilir. Eləcə bayramdan sonra da tədbirlər davam etdiriləcəkdir
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır