Aqrar Xidmətlər Agentliyində “İnsan Hüquqları Aylığı”na həsr olunmuş tədbir keçirilib
2026-06-02 17:08:32
Aqrar Xidmətlər Agentliyində “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir təşkil olunub. Tədbirin əsas məqsədi insan hüquq və azadlıqlarının qorunması, bu sahədə həyata keçirilən dövlət siyasəti və mövcud qanunvericilik bazası barədə əməkdaşların məlumatlandırılması olub.
Tədbirdə çıxış edən Aqrar Xidmətlər Agentliyinin İnsan resursları söbəsinin müdiri Babək Əliyev bildirib ki, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin olunması daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Onun sözlərinə görə, bu sahədə həyata keçirilən islahatlar hüquqi dövlət quruculuğunun mühüm tərkib hissəsidir.
Qeyd edib ki, ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 18 iyun 1998-ci il tarixində təsdiq edilib. Bu sənəd insan hüquq və azadlıqlarının təmin olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib və bu sahədə kompleks tədbirlərin həyata keçirilməsinə zəmin yaradıb.
Vurğulanıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən hüquqi islahatlar ölkədə insan hüquqlarının müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir. Bu islahatlar vətəndaşların sosial rifah halının yüksəldilməsi, layiqli həyat səviyyəsinin təmin olunması, vətəndaş məmnunluğunun artırılması, hüquq bərabərliyinin qanunvericilikdə, icra və məhkəmə proseslərində təmin edilməsi, eləcə də dayanıqlı inkişafın dəstəklənməsi istiqamətində mühüm rol oynayır.
Tədbirdə çıxış edən digər iştirakçılar insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində qəbul edilmiş normativ hüquqi aktlar, bu istiqamətdə görülən işlər, habelə Agentliyə daxil olan vətəndaş müraciətlərinə operativ və keyfiyyətli baxılması, onların vaxtında cavablandırılması və icrasına nəzarətin gücləndirilməsi barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, vətəndaş məmnunluğunun təmin olunması Agentliyin fəaliyyətində əsas prioritetlərdən biridir.
Görüş zamanı mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və təkliflər dinlənilib.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır