İşğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişafı ilə bağlı sakinlərlə görüş keçirilib
2026-06-04 12:30:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən tədbirlər çərçivəsində Ağdərə rayonunun Həsənriz kəndinin sakinləri ilə görüş keçirilib.
Görüşün əsas məqsədi sakinlərin kənd təsərrüfatı fəaliyyəti üzrə mövcud vəziyyətini hərtərəfli öyrənmək, onların cari təsərrüfat işlərində praktiki bacarıqlarını artırmaq və bu sahədə ehtiyaclarını müəyyənləşdirmək olub. Həmçinin təsərrüfatların daha səmərəli idarə olunması, məhsuldarlığın artırılması və müvafiq istiqamətlər üzrə peşəkar məsləhətlərin təqdim edilməsi nəzərdə tutulub.
Tədbir zamanı həyətyanı və fərdi təsərrüfatlara baxış keçirilib, əkinçilik və heyvandarlıqla məşğul olan sakinlərlə fərdi söhbətlər aparılıb. Aqronomlar tərəfindən əkin sahələrinin vəziyyəti qiymətləndirilib, torpağın becərilməsi, bitkilərin qorunması, gübrələmə və məhsuldarlığın artırılması ilə bağlı tövsiyələr verilib. Eyni zamanda baytar həkim heyvandarlıq təsərrüfatlarına baxış keçirib, saxlanılan heyvanların sağlamlıq vəziyyəti yoxlanılıb. Sakinlərə yemləmə, profilaktik tədbirlər, peyvəndləmə və xəstəliklərdən qorunma barədə ətraflı məlumat verilib.
Aqrar Xidmətlər Agentliyi tərəfindən bu kimi görüşlərin keçirilməsi sakinlərin aqrar sahədə bilik və bacarıqlarının artırılmasına, onların müasir kənd təsərrüfatı metodlarına dair məlumatlılığının yüksəldilməsinə, təsərrüfatların daha səmərəli idarə olunmasına, eləcə də işğaldan azad olunmuş ərazilərdə aqrar fəaliyyətin bərpası, dayanıqlı inkişafı və ümumi iqtisadi potensialın gücləndirilməsinin sürətləndirilməsinə xidmət edir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır