Regionlarda fermerlərin bilik və bacarıqlarının artırılmasına yönəlmiş təlimlər davam edir
2026-06-05 17:30:00
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən beynəlxalq əməkdaşlıq çərçivəsində regionlarda keçirilən maarifləndirici təlimlər davam edir. Belə ki, “Biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi: idarəetmənin təkmilləşdirilməsi yolu ilə Azərbaycanın xüsusi mühafizə olunan ərazilər sisteminin gücləndirilməsi” layihəsi çərçivəsində növbəti təlimlər Salyan və Lənkəran rayonlarında baş tutub.
Layihənin əsas məqsədi xüsusi mühafizə olunan təbiət ərazilərinə yaxın yaşayan əhalinin kənd təsərrüfatı sahəsində bilik və bacarıqlarını artırmaq, onların məşğulluq imkanlarını genişləndirmək və dayanıqlı inkişaf prinsiplərini təşviq etməkdir. Bununla yanaşı, layihə çərçivəsində biomüxtəlifliyin qorunması, təbii ehtiyatlardan səmərəli istifadə və yerli icmaların sosial-iqtisadi rifahının yüksəldilməsi istiqamətində də mühüm addımlar atılır.
Təlimlər zamanı təşkil olunan sessiyalar zamanı iştirakçılara kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə həm nəzəri, həm də praktik biliklər təqdim olunub. Təlimçilər tərəfindən “Pestisidlərin tətbiqi və təsir mexanizmi” mövzusunda pestisidlərin düzgün seçilməsi, təhlükəsiz tətbiqi, ətraf mühitə və insan sağlamlığına təsirləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, “Qarpız becərilməsində damcı suvarma və mulçalama tətbiqləri” mövzusunda müasir becərmə texnologiyaları, su ehtiyatlarından səmərəli istifadə üsulları, məhsuldarlığın artırılması və istehsal xərclərinin optimallaşdırılması ilə bağlı mühüm məqamlar iştirakçıların diqqətinə çatdırılıb. Bununla yanaşı, “Balıqçılıq təsərrüfatının yaradılması” və “Balıq növlərinin seçimi və artırılması texnologiyası” mövzuları üzrə balıqçılıq təsərrüfatlarının təşkili, uyğun balıq növlərinin seçilməsi və yetişdirilməsi ilə bağlı məlumatlar da təqdim olunub.
Qeyd edək ki, Aqrar Təlim Mərkəzi tərəfindən regionlarda keçirilən bu kimi maarifləndirici təlimlər əhalinin aqrar sahədə bilik və bacarıqlarının artırılmasına, müasir kənd təsərrüfatı texnologiyalarının tətbiqinin təşviqinə, fermerlərin məlumatlılıq səviyyəsinin yüksəldilməsinə, məhsuldarlığın artırılmasına və aqrar sahədə qabaqcıl təcrübələrin geniş yayılmasına xidmət edir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır