Ağdamda zərərli "Tikanlı quş üzümü"nə qarşı mübarizə tədbirlərinə başlanılıb
2026-07-14 10:59:30
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzi tərəfindən təhlükəli karantin alaq otu hesab edilən "Tikanlı quş üzümü"nə qarşı fitosanitar tədbirlərə start verilib. Prosesin ilkin mərhələsi Ağdam rayonunun Ergü düzü ərazisindəki əkin sahələrində həyata keçirilib. Sirayətlənmiş 25 hektar ərazidə kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Mübarizə tədbirləri davam etdirilir.
Qeyd edək ki,"Tikanlı quş üzümü" (Solanum rostratum) badımcankimilər fəsiləsinə aid olan, kənd təsərrüfatı üçün olduqca təhlükəli və invaziv karantin alaq otudur. Şimali Amerika mənşəli olan bu bitki xarici görünüşünə görə həm gövdəsi, həm də yarpaqları sərt və sıx tikanlarla örtülü olur. Bu xüsusiyyəti onu otlaqlardakı heyvanlar üçün yeyilməz və fiziki cəhətdən zədələyici (təhlükəli) edir. Bitki güclü kök sisteminə malikdir, toxum vasitəsilə çox sürətlə çoxalır və yetkinləşdikdən sonra külək vasitəsilə qırılaraq uzaq məsafələrə yayılma (tumbleweed) qabiliyyətinə malikdir.
Aqrar sahədə bu bitkinin vurduğu ziyan olduqca miqyaslıdır. O, mədəni bitkilərlə (xüsusən bostan və dənli bitkilərlə) su, işıq və qida maddələri uğrunda kəskin rəqabətə girərək torpağı zəiflədir və məhsuldarlığı kəskin şəkildə aşağı salır. Bundan əlavə, tikanlı quş üzümü badımcankimilər fəsiləsindən olduğu üçün kolorado böcəyi, kartof güvəsi kimi zərərvericilər, eləcə də təhlükəli bitki virusları üçün əsas sığınacaq və "yem bazası" rolunu oynayır. Məhz bu səbəbdən onun yayıldığı ərazilərdə fitosanitar (kimyəvi və mexaniki) mübarizə tədbirlərinin vaxtında həyata keçirilməlidir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyidən bildirir ki, təsərrüfat sahibləri və fermerlər əkin sahələrində bu təhlükəli alaq otu ilə qarşılaşdıqları təqdirdə, 1652 qaynar xəttinə və Agentliyin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rayon idarələrinə müraciət etsinlər.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır