Aqrar Təlim Mərkəzi bölgələrdə fermerlərin bilik və bacarıqlarının artırılmasını davam etdirir
2026-07-27 10:27:37
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən respublikanın müxtəlif bölgələrində fermerlərin bilik və bacarıqlarının artırılması, müasir kənd təsərrüfatı təcrübələrinin təşviqi və aqrar sahədə maarifləndirmənin gücləndirilməsi məqsədilə təlimlər və sahə görüşləri silsilə şəkildə davam etdirilir.
Növbəti maarifləndirici tədbirlər Tərtər, Şəmkir, Beyləqan, Kürdəmir, Yevlax, Ağcabədi, Bərdə, Lənkəran, Tovuz və Neftçala rayonlarını əhatə edib. Tədbirlərdə fermerlər, sahibkarlar, tələbələr və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən digər iştirakçılar yer alıblar.
Təlimlər zamanı iştirakçılara bitkiçilik və heyvandarlıq sahələrində müasir aqrotexniki yanaşmalar, məhsuldarlığın artırılması yolları, torpaq və su ehtiyatlarından səmərəli istifadə, iqlim dəyişikliklərinə uyğun təsərrüfatın idarə olunması, məhsul yığımından sonrakı dövrdə düzgün aqrotexniki tədbirlərin həyata keçirilməsi, kənd təsərrüfatı texnikalarının təhlükəsiz istismarı, həmçinin fitosanitar və baytarlıq sahəsində profilaktik tədbirlər barədə geniş məlumat verilib.
Bununla yanaşı, iştirakçılar ətraf mühitin mühafizəsi, əkin sahələrinin qorunması, əməyin mühafizəsi, mövsümi risklərdən qorunma, sağlam və təhlükəsiz əmək şəraitinin təşkili ilə bağlı praktiki tövsiyələrlə də tanış olublar. Təlimlər çərçivəsində fermerləri maraqlandıran suallar cavablandırılıb və mütəxəssislər tərəfindən müvafiq tövsiyələr verilib.
Aqrar Təlim Mərkəzi tərəfindən təşkil olunan bu cür maarifləndirici tədbirlərin əsas məqsədi kənd təsərrüfatında müasir bilik və innovativ yanaşmaların tətbiqini genişləndirmək, fermerlərin peşəkar bacarıqlarını inkişaf etdirmək, istehsalın səmərəliliyini artırmaq və aqrar sahənin davamlı inkişafına töhfə verməkdir.
Xəbərlər
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır