Ağstafada meyvə bağlarına aqrotexniki qulluq üzrə sahə görüşü keçirilib
2026-08-03 14:34:00
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən Ağstafa rayonunda "Meyvə bağlarında düzgün aqrotexniki qulluq, xəstəlik və zərərvericilərə qarşı mübarizə" mövzusunda maarifləndirici sahə görüşü keçirilib.
Tədbirin əsas məqsədi aqrar sahədə çalışan işçilərin, meyvəçiliklə məşğul olan fermerlərin və bağ sahiblərinin müasir aqrotexniki yanaşmalar barədə bilik və bacarıqlarını artırmaq, məhsuldarlığın yüksəldilməsi və keyfiyyətli məhsul istehsalına dəstək vermək olub.
Sahə görüşü zamanı mütəxəssislər iştirakçılara meyvə bağlarında mövsümə uyğun aqrotexniki qulluq tədbirləri, düzgün suvarma və gübrələmə qaydaları, ağacların formalaşdırılması və budanmasının əhəmiyyəti barədə ətraflı məlumat verib, eyni zamanda bağlarda rast gəlinən əsas xəstəlik və zərərvericilərin vaxtında müəyyənləşdirilməsi, profilaktik tədbirlərin həyata keçirilməsi və inteqrir mübarizə üsullarının tətbiqi ilə bağlı praktiki tövsiyələr səsləndiriblər. Tədbir çərçivəsində iştirakçılar meyvə bağlarında əyani nümayişlərlə tanış olub, aqrotexniki tədbirlərin düzgün icrası, bitkilərin fitosanitar vəziyyətinin qiymətləndirilməsi və bitki mühafizə vasitələrindən səmərəli istifadə qaydaları ilə bağlı praktiki biliklər əldə ediblər.
Qeyd edək ki, Aqrar Təlim Mərkəzi tərəfindən kənd təsərrüfatı istehsalçılarının bilik və bacarıqlarının artırılması, müasir aqrar texnologiyaların tətbiqinin təşviqi və dayanıqlı kənd təsərrüfatının inkişafına dəstək məqsədilə ölkənin müxtəlif bölgələrində bu cür maarifləndirici tədbirlər davam etdirilir.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır