Lənkəran və Bərdə rayonlarında Amerika ağ kəpənəyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri davam etdirilir
2026-09-04 09:30:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzi tərəfindən kənd təsərrüfatı bitkilərinin, bağların və meşə zolaqlarının zərərvericilərdən qorunması məqsədilə fitosanitar tədbirlər davam etdirilir. Hazırda Lənkəran və Bərdə rayonlarında xüsusi təhlükəli zərərverici hesab olunan Amerika ağ kəpənəyinə (AAK) qarşı kimyəvi mübarizə işləri intensiv şəkildə həyata keçirilir.
Mütəxəssislər tərəfindən aparılan monitorinqlərin nəticələrinə uyğun olaraq, Lənkəran rayonunun Liman şəhəri, eləcə də Nərimanabad və Boladı kəndlərinin ərazilərində zərərvericinin yayılma ocaqları nəzarətə götürülüb. Hazırda bu ərazilərdə Amerika ağ kəpənəyinin 3-cü nəslinin tırtıllarına qarşı xüsusi texnikalardan istifadə edilməklə kimyəvi çiləmə işləri aparılır. Lənkəran rayonu üzrə həyata keçirilən bu mübarizə tədbirləri bu günə qədər 200 hektara qədər sahəni əhatə edir.
Bununla paralel olaraq, analoji tədbirlər Bərdə rayonunda da uğurla icra olunur. Rayonun Həsənqaya, Cəyirli, Zümürxan, Cəmilli və İmamqulubəyli kəndlərinin ərazilərində Amerika ağ kəpənəyinə qarşı kimyəvi mübarizə tədbirləri davam etdirilir. Zərərvericinin populyasiyasının azaldılması və bitkilərə vurulan ziyanın minimuma endirilməsi məqsədilə Bərdədə görülən işlər isə bu günə qədər 500 hektara qədər ərazini əhatə edir.
Aqrar Xidmətlər Agentliyi tərəfindən vaxtında və mütəşəkkil qaydada aparılan bu çiləmə işləri kənd təsərrüfatı məhsullarının keyfiyyətinin qorunması, məhsuldarlığın artırılması və zərərvericinin yeni ərazilərə geniş yayılmasının qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır