Heyvan sağlamlığı üzrə mütəxəssislər İstanbulda bir araya gəlib
2026-09-11 10:00:00
Türkiyə Respublikasının İstanbul şəhərində 6–10 sentyabr tarixlərində 33-cü Dünya Heyvan Sağlamlığı Konfransı keçirilib.
“Heyvanlar və Ətraf Mühit üçün Qlobal Həllər” şüarı ilə keçirilən beynəlxalq tədbirə 88 ölkədən 3500-dən çox baytar həkimi və heyvan sağlamlığı sahəsində fəaliyyət göstərən mütəxəssis qatılıb.
Konfransda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəhbərliyi də iştirak edib. Beş gün davam edən tədbir çərçivəsində heyvan xəstəliklərinin profilaktikası və müasir müalicə yanaşmaları, vaksinasiya, dırnaq və ayaq problemləri, embrion köçürülməsi, heyvanların düzgün yemlənməsi, süni intellekt və robotlaşdırılmış sağım sistemləri, eləcə də baytarlıq sahəsində digər innovativ texnologiyalar barədə müzakirələr aparılıb.
Konfrans çərçivəsində 50-dən çox alimin mühazirə və təqdimatları dinlənilib, heyvan sağlamlığı və baytarlıq sahəsində elmi yeniliklər, qabaqcıl yanaşmalar və müasir texnologiyalar barədə fikir mübadiləsi aparılıb.
Beynəlxalq tədbir baytarlıq sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, müasir elmi yanaşmaların mənimsənilməsi, mütəxəssislərin peşəkar bilik və bacarıqlarının artırılması, həmçinin müxtəlif ölkələrin mütəxəssisləri arasında təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır