Dövlət Proqramının təşviqi istiqamətində bölgələrdə maarifləndirmə işləri davam etdirilir
2026-09-14 13:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən fermerlərin bilik və bacarıqlarının artırılması, onların qarşılaşdıqları problemlərin həlli, kənd təsərrüfatında müasir və innovativ yanaşmaların təşviqi, eləcə də “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın prioritet istiqamətlərinin fermerlər arasında təşviqi və bu istiqamətdə maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə bölgələrdə sahə görüşləri davam etdirilir.
Fermerlər arasında respublikanın müxtəlif bölgələrində keçirilən sorğular zamanı onların ehtiyacları müəyyən edilir, əldə olunan nəticələrə əsasında təlim və maarifləndirmə tədbirlərinin mövzuları müəyyənləşdirilir. Bu istiqamətdə növbəti sahə görüşü Beyləqan rayonunda pambıqçılıqla məşğul olan fermerlər üçün keçirilib.
“Pambığın yığıma hazırlanması” mövzusuna həsr olunan görüşdə pambıq istehsalının mühüm mərhələlərindən biri olan məhsul yığımına hazırlıqla bağlı fermerlərə ətraflı məlumat verilib. Tədbir zamanı pambıq sahələrinin yığıma hazırlanması, məhsulun vaxtında və düzgün şəkildə toplanmasının əhəmiyyəti, yığım zamanı aqrotexniki tələblərə əməl olunması və məhsul itkisinin qarşısının alınması ilə bağlı praktiki tövsiyələr səsləndirilib.
Sahə görüşü çərçivəsində pambığın yığıma düzgün hazırlanması məhsulun keyfiyyətinin qorunması və məhsuldarlığın səmərəli şəkildə təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu mərhələdə görülən işlərin vaxtında və düzgün təşkili həm məhsul itkisini minimuma endirməyə, həm də yığım prosesinin daha səmərəli aparılmasına imkan verir. Eyni zamanda, pambıqçılıqda mövsümi işlərin ardıcıllığı, sahədə müşahidə olunan vəziyyət və məhsul yığımına hazırlıqla bağlı praktik məsələlər müzakirə olunub.
Aqrar Təlim Mərkəzi tərəfindən keçirilən bu kimi təlim və sahə görüşləri fermerlərin maarifləndirilməsi, onların müasir aqrotexniki bilik və bacarıqlarının artırılması, eləcə də təsərrüfatlarda qarşıya çıxan məsələlərin yerində müzakirə olunaraq praktik həll yollarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır