Aqrar Təlim Mərkəzinin mütəxəssisləri nümunəvi fındıq bağına səfər ediblər
2026-09-15 14:45:00
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin mütəxəssisləri tərəfindən Xaçmaz rayonunda yerləşən nümunəvi fındıq bağına səfər təşkil olunub. Səfərin əsas məqsədi təsərrüfatda tətbiq olunan aqrotexniki tədbirlərlə yerində tanış olmaq, fındıqçılığın inkişafı ilə bağlı fikir mübadiləsi aparmaq və təsərrüfat sahibinə müvafiq tövsiyələr vermək olub.
Proqram çərçivəsində mütəxəssislər tərəfindən fındıq bağının ümumi vəziyyəti, ağacların inkişaf göstəriciləri, qulluq və becərmə işlərinin təşkili, eləcə də məhsuldarlığın artırılması istiqamətində görülən tədbirlər nəzərdən keçirilib. Təsərrüfatın fəaliyyəti ilə bağlı ətraflı məlumat əldə olunub, mövcud yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı fındıq bağlarında aqrotexniki qulluğun düzgün təşkili, bitkilərin sağlam inkişafının təmin edilməsi, xəstəlik və zərərvericilərə qarşı mübarizənin vaxtında aparılması, həmçinin məhsuldarlığın yüksəldilməsi ilə bağlı mütəxəssislər tərəfindən məsləhətlər verilib.
Qeyd edək ki, Aqrar Təlim Mərkəzinin mütəxəssisləri tərəfindən bu kimi səfərlər və praktiki görüşlər fermerlərin müasir aqrotexniki yanaşmalar barədə məlumatlılığının artırılmasına, qabaqcıl təcrübənin təsərrüfatlarda tətbiqinə və kənd təsərrüfatı sahəsində məhsuldarlığın yüksəldilməsinə mühüm töhfə verir.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır