Nümunəvi meyvə bağında müasir aqrotexniki yanaşmalar müzakirə olunub
2026-09-16 15:16:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin mütəxəssisləri Ağstafa rayonunda yerləşən “Kur Fruit Company” MMC-nin nümunəvi meyvə bağına səfər ediblər.
Səfərin əsas məqsədi meyvəçilik sahəsində tətbiq olunan müasir yanaşmaların yerində öyrənilməsi, praktiki təcrübənin paylaşılması, bilik mübadiləsinin aparılması və təsərrüfatlarda səmərəli aqrotexniki tədbirlərin tətbiqi ilə bağlı fikir mübadiləsinin aparılması olub.
Proqram çərçivəsində nümunəvi meyvə bağında aparılan işlərlə yaxından tanışlıq olub, bağın salınması və idarə olunması, bitkilərə aqrotexniki qulluq, suvarma və gübrələmə, xəstəlik və zərərvericilərə qarşı mübarizə, məhsuldarlığın artırılması və keyfiyyətli məhsul istehsalı istiqamətində tətbiq olunan üsullar barədə ətraflı məlumat verilib. Eyni zamanda, meyvəçilikdə müasir texnologiyaların tətbiqi, aqrotexniki tədbirlərin düzgün və vaxtında həyata keçirilməsi, məhsuldarlığa təsir edən amillər və təsərrüfatın səmərəli idarə olunması ilə bağlı qarşılıqlı təcrübə mübadiləsi aparılıb.
Aqrar Təlim Mərkəzi tərəfindən həyata keçirilən bu istiqamətdə tədbirlər kənd təsərrüfatında innovativ və səmərəli yanaşmaların təşviqinə, bilik və təcrübə mübadiləsinin genişləndirilməsinə, eləcə də müasir aqrotexniki üsulların tətbiqinin dəstəklənməsinə xidmət edir.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır