Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
2026-09-17 17:21:00
Fermer və aqrar mütəxəssislərin müasir texnologiyalar üzrə bilik və bacarıqlarının artırılması və innovativ yanaşmaların təşviqi məqsədilə Quba rayonunda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin təşkilatçılığı, “Prior Leasing” şirkətinin dəstəyi ilə “Kənd təsərrüfatında müasir texnologiyalar və onların tətbiqi” mövzusunda maarifləndirici təlim və sahə görüşü keçirilib.
Tədbirin açılışında Aqrar Təlim Mərkəzinin direktoru Rəşad Mehdizadə kənd təsərrüfatında müasir texnologiyaların və innovativ yanaşmaların əhəmiyyətindən danışaraq onların məhsuldarlığın artırılması, xərclərin optimallaşdırılması və resurslardan səmərəli istifadəyə imkan verdiyini bildirib. O qeyd edib ki, bu istiqamətlər “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın prioritetləri ilə uzlaşır. Dövlət Proqramında rəqəmsal və data əsaslı idarəetmənin gücləndirilməsi, texniki imkanların və informasiya-məsləhət xidmətlərinin inkişafı, innovasiyaların təşviqi əsas istiqamətlər kimi müəyyənləşdirilib. Rəşad Mehdizadə vurğulayıb ki, bu məqsədlərə nail olunmasında fermerlərin və aqrar mütəxəssislərin müasir texnologiyalar üzrə bilik və bacarıqlarının artırılması, eləcə də dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi mühüm rol oynayır. Aqrar Təlim Mərkəzinin regionlarda keçirdiyi tədbirlər isə yeni texnologiyaların və texnikaların tətbiq imkanlarının nümayişinə və onların səmərəli istifadəsi üzrə praktiki biliklərin formalaşdırılmasına xidmət edir.
Təlim çərçivəsində “Prior Leasing”in fəaliyyəti və kənd təsərrüfatı sektoruna təqdim etdiyi müasir texnika və avadanlıqlar barədə iştirakçılara ətraflı məlumat verilib. Eyni zamanda, müasir kənd təsərrüfatı texnikalarının texniki və funksional imkanları, onların müxtəlif aqrar istehsal sahələrində tətbiqi xüsusiyyətləri, eləcə də səmərəli istifadəsinin yaratdığı üstünlüklər izah olunub.
Proqramın nəzəri hissəsində müasir kənd təsərrüfatı texnikalarından istifadə qaydaları diqqətə çatdırılıb. Təlim zamanı texnikaların düzgün istismarı, təhlükəsizlik qaydalarına riayət edilməsi və aqrar istehsal prosesində onların səmərəli tətbiqi ilə bağlı iştirakçılara praktiki tövsiyələr verilib.
Tədbirin praktiki hissəsində isə “Prior Leasing” şirkətinə məxsus müasir kənd təsərrüfatı texnikalarının nümayişi keçirilib. Nümayiş zamanı iştirakçılara texnikaların əsas texniki göstəriciləri, iş prinsipi, funksional imkanları və müxtəlif aqrar istehsal sahələrində tətbiq xüsusiyyətləri barədə ətraflı məlumat verilib. Mütəxəssislər tərəfindən texnikaların əkin, torpağın hazırlanması, səpin, becərmə və digər kənd təsərrüfatı işlərində istifadəsi imkanları izah olunub, onların istehsal proseslərinin optimallaşdırılmasına və işlərin daha səmərəli təşkilinə verdiyi töhfələr diqqətə çatdırılıb.
Praktiki nümayiş zamanı iştirakçılara texnikaların idarə olunması və düzgün istismarı qaydaları əyani şəkildə göstərilib. Bununla yanaşı, texnikalardan istifadə zamanı əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə riayət olunması, avadanlıqların texniki baxışının vaxtında həyata keçirilməsi, istismar qaydalarına düzgün əməl edilməsi və mümkün risklərin qarşısının alınması ilə bağlı praktiki tövsiyələr verilib.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır