Aqrar Təlim Mərkəzi tərəfindən Dövlət Proqramının prioritet istiqamətləri üzrə tədbirlər davam etdirilir
2026-09-18 11:35:06
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən respublikanın müxtəlif bölgələrində fermerlərin maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müəyyən etdiyi prioritet istiqamətlərə uyğun olaraq, aqrar elm və təhsil sahələrinin inkişaf etdirilməsi, insan kapitalının gücləndirilməsi, informasiya-məsləhət xidmətlərinin təkmilləşdirilməsi və innovasiya yayımı sisteminin inkişaf etdirilməsi məqsədilə maarifləndirici tədbirlər keçirilir. Tədbirlər fermerlər arasında aparılmış sorğuların nəticələri əsasında onların real ehtiyacları nəzərə alınmaqla təşkil olunur.
Goranboy, Bərdə, Kürdəmir, Salyan, Şəmkir, Lənkəran, Zaqatala, Şəki, Beyləqan, İmişli, Gədəbəy və Quba rayonlarında keçirilən maarifləndirici tədbirlərdə kənd təsərrüfatı sahəsində müasir yanaşmalar, innovativ texnologiyalar və səmərəli təsərrüfatçılıq üsulları barədə fermerlərə ətraflı məlumat verilib.
Tədbirlər çərçivəsində payızlıq taxıl əkiləcək sahələrin əkinə hazırlanması, torpağın düzgün becərilməsi və keyfiyyətli toxum seçimi, torpaq-iqlim şəraitinə uyğun bitki sortlarının müəyyənləşdirilməsi, qış dövründə torpaqda toplanmış nəmlik ehtiyatlarının qorunması, suya qənaət edən və resursqoruyucu aqrotexniki tədbirlərin tətbiqi, həmçinin bitkilərin qidalanmasında mikro və makroelementlərin rolu ilə bağlı praktiki tövsiyələr təqdim olunub.
Maarifləndirici görüşlərdə, həmçinin su ehtiyatlarından səmərəli və qənaətlə istifadə, ərazi xüsusiyyətlərinə uyğun intensiv təsərrüfatların yaradılması, fermer fəaliyyətinin üstünlükləri və dövlət dəstəyi mexanizmlərindən səmərəli yararlanma imkanları barədə məlumatlandırma aparılıb. Heyvandarlıq istiqamətində keçirilən təlimlərdə dabaq, qarayara və digər yoluxucu xəstəliklərə qarşı profilaktik peyvəndləmənin əhəmiyyəti, xəstəliklərin qarşısının alınmasında baytarlıq tədbirlərinin rolu, süni mayalanma yolu ilə sağlam buzovların əldə edilməsi və damazlıq işinin səmərəli təşkili məsələləri diqqət mərkəzində olub. Arıçılıq sahəsində isə mum güvəsi və digər zərərvericilərə qarşı mübarizənin müasir üsulları, profilaktik tədbirlərin vaxtında və düzgün aparılmasının əhəmiyyəti barədə fermerlərə ətraflı izahlar verilib.
Aqrar Təlim Mərkəzi tərəfindən həyata keçirilən bu kimi maarifləndirici tədbirlər fermerlərin bilik və bacarıqlarının artırılmasına, müasir aqrotexnologiyaların tətbiqinin genişləndirilməsinə, istehsal proseslərində resurslardan səmərəli istifadənin təmin edilməsinə və regionlarda dayanıqlı kənd təsərrüfatının inkişafına mühüm töhfə verir.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır