Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib
2026-10-14 09:15:00
Çində səfərdə olan kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 13-də Ninsia Huy Muxtar Rayonunun paytaxtı İnçuan şəhərində “Ningxia Natural Star Technology” və “Ningxia Wozhiyuan Technology” şirkətlərinin fəaliyyəti ilə tanış olub.
“Ningxia Natural Star Technology” şirkətində orqanik tərəvəz istehsalı, müasir istixana texnologiyaları və ixracyönümlü aqrobiznes modeli barədə məlumat verilib. Bildirilib ki, 2017-ci ildən Ninsia bölgəsində orqanik tərəvəz istehsalı prioritet istiqamət kimi müəyyənləşdirilib. Açıq sahələr və Günəş enerjisindən istifadə edən, həşəratlardan qoruyucu torlarla təchiz olunmuş istixanalar ilboyu istehsala imkan yaradır.
Məhsullar xüsusi soyuq zəncir sistemi vasitəsilə 1–5 dərəcə temperaturda saxlanılır və yığımdan sonra 48 saat ərzində Honkonqa çatdırılır. Tərəvəzlər 200-dən çox pərakəndə satış məntəqəsində realizə olunur. Şirkətin bazar tələbatına əsaslanan istehsal modeli becərmə, emal, brend və marketinq mərhələlərini əhatə edir. Müəssisə hər il 150-dən çox şəxsi işlə təmin edir, kənd sakinlərinin torpaq icarəsindən və təsərrüfat fəaliyyətindən gəlir əldə etməsinə şərait yaradır.
Nümayəndə heyəti, həmçinin “Ningxia Wozhiyuan Technology” şirkətinin Günəş enerjisi ilə işləyən “ağıllı” istixana kompleksi ilə tanış olub. Şirkət suya qənaət edən suvarma sistemləri, şoranlaşmış torpaqların bərpası və tullantılardan təkrar resursların əldə edilməsi üzrə innovativ həllər tətbiq edir. Bu texnologiyalar Günəş panellərinin altında üzüm becərilməsini, yeraltı suvarmanı və çirkab suların təmizlənməsini də əhatə edir. Şirkətin texnologiyaları artıq 13 ölkədə tətbiq olunur.
Məlumat verilib ki, “ağıllı” istixanalarda Günəş enerjisindən istifadə, istilik izolyasiyası, suvarma və gübrələmə proseslərinin vahid sistem üzərindən idarə olunması resurslara qənaəti artırır. Şirkətin təqdim etdiyi göstəricilərə əsasən, bu texnologiyalar ənənəvi istixanalarla müqayisədə torpaq və su ehtiyatlarından istifadənin səmərəliliyini 35-40 faizdən çox artırır, istismar xərclərini isə təxminən 60 faiz azaldır.
Səfər çərçivəsində orqanik istehsal, müasir istixana texnologiyaları, ixrac imkanları və resurslardan səmərəli istifadə sahələrində qabaqcıl təcrübə öyrənilib.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır