Quba-Xaçmaz bölgəsində qəhvəyi mərmər bağacığına qarşı qışlama dövrü üzrə mübarizə tədbirləri davam etdirilir
2026-10-19 09:50:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən Quba-Xaçmaz iqtisadi rayonunda qəhvəyi mərmər bağacığının qışlama mərhələsinə keçidi ilə əlaqədar kütləvi miqrasiyasının qarşısının alınması məqsədilə intensiv fitosanitar tədbirlər həyata keçirilir. Prosesin operativ və səmərəli təşkili üçün regiona Agentliyin 44 nəfər əməkdaşı, 7 nəqliyyat vasitəsi və 17 ədəd çiləyici texnikası cəlb olunub.
Cari dövrdə region üzrə ümumilikdə 190 nöqtədə monitorinq aparılıb. Monitorinq nəticəsində 144 nöqtədə zərərvericinin yetkin fərdləri aşkarlanaraq dərhal mexaniki üsulla məhv edilib, kütləvi toplanma qeydə alınan kimyəvi mübarizə tədbiri aparılması mümkün olan ərazilərdə, 89,8 hektar ərazidə isə kimyəvi mübarizə tədbirləri icra olunub.
Monitorinq, mübarizə və maarifləndirmə tədbirləri Xaçmaz rayonunda daha geniş şəkildə həyata keçirilib. Belə ki, 197 nöqtədə monitorinq tədbirləri həyata keçirilib, onlardan 125-də zərərvericinin yetkin fərdləri aşkarlanaraq mexaniki üsulla məhv edilib. Rayonun 22 kəndini əhatə edən 89,8 hektar ərazidə kimyəvi mübarizə aparılıb. Bununla yanaşı, 828 vətəndaşa zərərverici ilə mübarizə qaydaları barədə maarifləndirici məlumatlar verilib.
Şabran rayonunda isə 26 nöqtədə müşahidə aparılıb və 19 nöqtədə aşkar edilən yetkin fərdlər mexaniki üsulla zərərsizləşdirilib.
Aqrar Xidmətlər Agentliyi zərərvericinin qışlama dövründə yaşayış evlərinə və yardımçı tikililərə sığınan yetkin fərdlərin mexaniki yolla aradan qaldırılmasının (məhv edilməsinin) ən səmərəli üsul olduğunu xatırladır və əhalini mübarizə tədbirlərində fəal olmağa çağırır.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır