İri və xırdabuynuzlu heyvanlarda süni mayalanma üzrə beynəlxalq təcrübəyə əsaslanan təlim keçirilib
2026-10-19 14:30:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın prioritet istiqamətləri üzrə keçirilən tədbirlər davam edir. Bu çərçivədə Agentliyin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfindən beynəlxalq təcrübə əsasında “İri və xırdabuynuzlu heyvanlarda süni mayalanma” mövzusunda maarifləndirici təlim keçirilib.
Təlimin sessiyaları Türkiyədən dəvət olunmuş beynəlxalq ekspert, sahə üzrə mütəxəssis professor Cihan Kaçar tərəfindən aparılıb. Təlim zamanı iri və xırdabuynuzlu heyvanlarda süni mayalanmanın tətbiqi, reproduktiv proseslərin idarə olunması və beynəlxalq təcrübənin bu sahədə istifadəsi imkanları barədə ətraflı məlumat verilib.
Dövlət Proqramının prioritet istiqamətləri çərçivəsində keçirilən təlimdə süni mayalanmanın heyvandarlığın inkişafındakı rolu, iri və xırdabuynuzlu heyvanlarda bu metodun tətbiqi xüsusiyyətləri, mayalanma prosesinin düzgün təşkili və damazlıq işinin təkmilləşdirilməsi ilə bağlı məlumat verilib. Həmçinin beynəlxalq təcrübənin öyrənilməsi və müasir baytarlıq üsullarının tətbiqinin heyvanların məhsuldarlığının artırılmasında əhəmiyyəti diqqətə çatdırılıb.
Aqrar Xidmətlər Agentliyi tərəfindən təşkil olunan bu cür təlimlər beynəlxalq təcrübənin öyrənilməsi, sahə mütəxəssislərinin bilik və bacarıqlarının artırılması, eləcə də heyvandarlıqda müasir yanaşmaların tətbiqinin təşviqi baxımından əhəmiyyətlidir. Həyata keçirilən tədbirlər heyvan sağlamlığının qorunmasına, damazlıq işinin inkişafına və ölkədə heyvandarlıq sahəsinin davamlı inkişafına dəstək verir.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır