Bölgələrdə sertifikatlı toxum satışı təşkil ediləcək
2026-11-02 17:54:22
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda toxumla özünütəminat səviyyəsinin yüksəldilməsi əsas hədəflərdən biri kimi müəyyən edilib. Bu istiqamətdə fermerlərin keyfiyyətli və sertifikatlı toxumlara əlçatanlığının artırılması, xüsusilə toxum təminatının məhdud olduğu rayonlarda satış imkanlarının genişləndirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən “Aqroservis” ASC ilə birgə bölgələrdə satış tədbirləri həyata keçirilir.
Bu çərçivədə sertifikatlı toxum satışı “Aqroservis” ASC-nin Neftçala, Ucar, Sabirabad və Şəki bölmələrində, həmçinin İsmayıllı rayonunda “İvanovka Aqroparkı”nın ərazisində təşkil olunacaq. Satış Neftçalada noyabrın 3-dən, Ucarda 4-dən, Sabirabadda 5-dən, Şəki və İsmayıllıda isə 6-dan etibarən keçiriləcək. Fermerlərə müxtəlif sortlarda sertifikatlı arpa və buğda toxumları təqdim ediləcək.
Satış məntəqələrinin yaradılması zamanı rayonların əkin sahələrinin həcmi, mövcud toxum satışı və fermerlərin tələbatı nəzərə alınıb. Əkin sahələri geniş, lakin toxum satışının məhdud olduğu rayonlara üstünlük verilməsi fermerlərin toxumla təminatını asanlaşdıracaq, onların vaxt və nəqliyyat xərclərinə qənaət etməsinə, eləcə də ehtiyac duyduqları toxumları yaşadıqları bölgələrdə daha rahat əldə etmələrinə imkan yaradacaq.
Qeyd edək ki, toxum istehsalçıları barədə məlumatlar Aqrar Xidmətlər Agentliyinin rəsmi veb-saytında da yerləşdirilib. Məlumatlarda istehsalçıların adı, əlaqə nömrəsi, istehsal etdikləri bitki növü və sortu, toxumun reproduksiyası, eləcə də fəaliyyət göstərdikləri rayon əks olunub. Bu məlumatlar fermerlərə ehtiyaclarına uyğun sertifikatlı toxum istehsalçılarını seçmək və onlarla birbaşa əlaqə saxlamaq imkanı yaradır.
Aqrar Xidmətlər Agentliyinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər toxumla təminat imkanlarının genişləndirilməsinə, sertifikatlı toxum istifadəsinin təşviqinə, kənd təsərrüfatında məhsuldarlığın artırılmasına və aqrar xidmət infrastrukturunun bölgələrdə gücləndirilməsinə xidmət edir.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır