1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
2025-10-31 00:00:00
1 noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə Aqrar Xidmətlər Agentliyi və Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “İlin ən yaxşı işçisi” müsabiqəsinə yekun vurulub.
Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlayıb. Ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir zamanı Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev və Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədr müavini Fuad Məmmədov müsabiqə iştirakçılarını və bütün əməkdaşları 1 noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə təbrik ediblər. Çıxışlarda qeyd olunub ki, müsabiqənin əsas məqsədi əməkdaşların əməyinin stimullaşdırılması, sosial müdafiənin gücləndirilməsi, xidmət sahəsində peşəkarlığın və məsuliyyətin artırılmasıdır. Bildirilib ki, seçim prosesində namizədlərin yüksək peşə hazırlığı, əmək intizamı və cari il üzrə əldə etdikləri nəticələr əsas meyar olub.
Sərdar Hacıyev çıxışında qeyd edib ki, ölkənin kənd təsərrüfatının inkişafında və ərzaq təhlükəsizliyinin təmin olunmasında sahə mütəxəssislərinin rolu danılmazdır. Bu kimi təşəbbüslər onların peşəkarlığının qiymətləndirilməsi və əməyinə verilən dəyərin göstəricisidir.
Tədbirin sonunda müsabiqənin qalibləri elan olunub. 2025-ci il üzrə xidmət fəaliyyətində fərqlənərək müxtəlif nominasiyalar üzrə qalib seçiliblər: “İlin ən yaxşı aqronomu (toxumçuluq üzrə)” Nurmətova Nazilə İsgəndər qızı, “İlin ən yaxşı aprobatoru” Rəcəbov Tariyel Məmmədrahim oğlu, “İlin ən yaxşı baytar həkimi” Məmmədov Azər Tahir oğlu, “İlin ən yaxşı aqronomu (bitki mühafizəsi üzrə)” Əsgərov Camal İman oğlu, “İlin ən yaxşı aqrokimyaçısı” Səmədova Gülnar Habil qızı, “İlin ən yaxşı təlimçisi” Süleymanov Pərvin Süleyman oğlu, “İlin ən yaxşı fumiqasiya (zərərsizləşdirmə) mütəxəssisi” Şindiyev Məftun Ramazan oğlu olub.
Qaliblərə Fəxri diplom və mükafatlar təqdim olunub.
Tədbir çərçivəsində qaliblərə peşə fəaliyyətində göstərdikləri yüksək nəticələrə görə təşəkkür edilib və gələcək işlərində uğurlar arzulanıb.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır