Qubada “Qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə və mübarizə” mövzusunda tədbir keçirilib
2026-03-11 14:36:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə və mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Tariyel İbrahimov, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional İdarəsinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz regional bölməsinin rəhbərləri, yerli icra nümayəndələri, bələdiyyə sədrləri və aidiyyəti qurumların məsul şəxsləri iştirak ediblər.
Tədbirin əsas məqsədi yerli qurumlar arasında koordinasiyanı gücləndirmək, qəhvəyi mərmər bağacığına qarşı vaxtında və düzgün mübarizə tədbirlərini həyata keçirmək və yayılma arealını minimuma endirmək olub.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Tariyel İbrahimov giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıb. Bildirib ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən qəhvəyi mərmər bağacığına qarşı genişmiqyaslı işlər aparılır. Bizim də məqsədimiz rayon rəhbərliyi olaraq, fermerlərimizin bu təhlükədən minimum zərərlə çıxmasını təmin etməkdir. Unutmamalıyıq ki, bu mübarizədə uğur qazanmaq üçün dövlət qurumları ilə fermerlərin sıx əməkdaşlığı mütləqdir.
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev tədbirin əhəmiyyətindən danışaraq görülən işlər və qarşıdakı vəzifələrlə bağlı ətraflı məlumat verib. Bildirib ki, bu gün müzakirə etdiyimiz qəhvəyi mərmər bağacığı təkcə bir bölgənin deyil, qlobal kənd təsərrüfatının ciddi təhlükələrindən biridir. Bu zərərverici 300-dən çox bitki növünə, xüsusilə fındıq, çay, meyvə-tərəvəz və dekorativ bitkilərə ciddi ziyan vurmaq qabiliyyətinə malikdir. Bu məqsədlə qəhvəyi mərmər bağacığının yayıldığı bölgələrdə mübarizə tədbirləri gücləndirilib, qışlama yerlərinin aşkarlanması istiqamətində monitorinqlərin sayı artırılıb. Yerli əhali və sahibkarlarla mütəmadi görüşlər keçirilir, onlara zərərvericinin yayılma yolları, təsərrüfatlara vurduğu zərərlər və effektiv mübarizə üsulları barədə ətraflı məlumat verilir. Həmçinin maarifləndirici bukletlər, videoçarxlar və bannerlər hazırlanaraq media və sosial şəbəkələrdə paylaşılır.
AXA sədri aprel ayının ortalarından başlayaraq qəhvəyi mərmər bağacığının aktiv fazaya keçdiyini, bununla əlaqədar olaraq yaşayış məntəqələrində, inzibati binalarda, anbar və yardımçı tikililərdə monitorinqlərin intensivləşdirilməsinin, həmin dövrdə effektiv mübarizə üsulu olan mexaniki mübarizə tədbirlərinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə zərərvericinin xüsusiyyətlərini və ona qarşı mübarizə üsullarını əks etdirən maarifləndirici videoçarx nümayiş etdirilib. Sonda iştirakçıları maraqlandıran sualları cavablandırılıb, bölgədə əhalinin maarifləndirilməsi və monitorinqlərin genişləndirilməsi istiqamətində müvafiq qurumlara tapşırıq və tövsiyələr verilib.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır