Məktəblərdə qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam edir
2026-03-16 16:28:00
Yaz fəslinin yaxınlaşması və qəhvəyi mərmər bağacığının qışlama dövrünün başa çatması ilə əlaqədar Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən respublikanın müxtəlif bölgələrində maarifləndirmə tədbirləri silsilə xarakter alıb. Bu çərçivədə növbəti tədbirlər Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 181 və 183 nömrəli tam orta məktəblərdə baş tutub.
Görüşlərin əsas məqsədi şagirdləri qəhvəyi mərmər bağacığı ilə mübarizə üsulları barədə maarifləndirmək, kənd təsərrüfatına vurduğu ziyanı azaltmaq və qarşısının alınması yollarını izah etmək olub.
Görüşlər zamanı bitkilərə ziyan vuran qəhvəyi mərmər bağacığı ilə mübarizə üsulları ətraflı şəkildə izah olunub. Təqdimatda zərərvericinin yayılma yolları, çoxalma xüsusiyyətləri və profilaktik tədbirlər vurğulanıb. İştirakçılara bildirilib ki, bağacıq müşahidə olunduqda dərhal müvafiq qurumlara məlumat vermək vacibdir və vətəndaş fəallığı bu prosesdə xüsusi rol oynayır.
Tədbirdə həmçinin bu həşəratın müxtəlif iqlim şəraitinə tez uyğunlaşa bildiyi, meyvə bağları və tərəvəz sahələrində məhsuldarlığın azalmasına səbəb ola biləcəyi və vaxtında qarşısının alınmadıqda fermerlər üçün ciddi iqtisadi zərər yarada biləcəyi diqqətə çatdırılıb.
Görüşün sonunda məktəblilərə maarifləndirici materiallar təqdim olunub, suallar cavablandırılıb.
Qeyd edək ki, Aqrar Təlim Mərkəzi tərəfindən bu cür maarifləndirici tədbirlərin keçirilməsində əsas məqsəd aqrar sahədə mövcud olan təhlükə və risklər barədə erkən dövrdən məlumatlandırmaq, eyni zamanda onlarda ətraf mühitə həssas yanaşma və cəmiyyət qarşısında məsuliyyət hissini inkişaf etdirməkdir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır