Nazir Məcnun Məmmədov Naxçıvan Muxtar Respublikasına səfər edib
2026-04-02 16:58:00
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov Naxçıvan Muxtar Respublikasına səfər edib.
Səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və kənd təsərrüfatı naziri Məcnun Məmmədov Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib.
Daha sonra nazir Məcnun Məmmədov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev ilə görüşüb. Görüşlərdə aqrar sahəyə dövlət dəstəyi tədbirləri, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqi və dövlət dəstəyi tədbirlərinin bu sistem vasitəsilə aparılması, təsərrüfatların su ilə təminatında yaranan çətinliklərin aradan qaldırılması imkanları və müasir suvarma sistemlərinin genişləndirilməsi məsələləri müzakirə edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 fevral 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı”nın icrası çərçivəsində kənd təsərrüfatı fəaliyyətlərinin genişləndirilməsi məsələləri əsas müzakirə mövzularından olub.
Səfər çərçivəsində nazir Məcnun Məmmədov Naxçıvan Kənd Təsərrüfatı Nazirliyinin kollektivi ilə görüşüb. Görüşdə Naxçıvanda kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər, əldə olunan nailiyyətlər və gələcək perspektivlər barədə müzakirələr aparılıb.
Görüş zamanı Naxçıvan fermerlərinin dövlət dəstəyindən tam və şəffaf şəkildə faydalanması üçün EKTİS-ə keçid prosesinin sürətləndirilməsi, kənd təsərrüfatı texnika və avadanlıqlarının satışına dövlət güzəştləri, aqrar təyinatlı kredit və mikrokreditlər, aqrar sahədə kooperativlərin, ailə kəndli təsərrüfatlarının yaradılması və qeydiyyatı, yerli toxumçuluğun inkişaf etdirilməsi, heyvan sağlamlığı və baytarlıq xidmətlərinin təşkili, peyvəndləmə və bitki mühafizə tədbirlərinin həyata keçirilməsi, əməkdaşların bilik və bacarıqlarının artırılması üçün təlim və təcrübə proqramlarının tətbiqi, vahid Çağrı Mərkəzinin qurulması, rayon və kəndlər üzrə becərilən bitkilərin sahəsi, əkin növü, bitki növləri üzrə su tələbatının müəyyənləşdirilməsi və aylar üzrə tələb olunan su sifarişinin tərtib olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Məcnun Məmmədov kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi üçün görüləcək işlər barədə tapşırıqlar verib.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır