Qəhvəyi mərmər bağacığına qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
2026-04-07 12:00:00
Qəhvəyi mərmər bağacığının qışlama dövrünün başa çatması ilə əlaqədar Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən maarifləndirmə tədbirləri ardıcıl şəkildə davam etdirilir. Belə ki, Bakı ilə yanaşı, Şəki, Qax, Oğuz, Qəbələ, Zaqatala, Balakən, Şəmkir, Gədəbəy, Tovuz, Qazax və Ağstafa rayonlarında yerləşən ümumtəhsil müəssisələrində təşkil olunan görüşlər zamanı iştirakçılara ətraflı məlumat verilib.
Görüşlərin əsas məqsədi qəhvəyi mərmər bağacığının sürətlə yayılmasının qarşısını almaq, onun kənd təsərrüfatına vura biləcəyi ziyanın minimuma endirilməsi üçün vaxtında və düzgün tədbirlərin görülməsinə təşviq etməkdir.
Görüşlər çərçivəsində məktəblilərə zərərvericinin bioloji xüsusiyyətləri, inkişaf mərhələləri, yayılma yolları və riskli dövrləri, həmçinin onun bitkilərə və ətraf mühitə təsirləri, qarşısının alınması yolları və profilaktik tədbirlər barədə ətraflı məlumat verilib. Eyni zamanda mütəxəssislər tərəfindən hər bir vətəndaşın diqqətli və məsuliyyətli yanaşması zərərvericilərə qarşı mübarizədə ümumi uğurun əsasını təşkil etdiyi xüsusi vurğulanıb.
Aqrar Təlim Mərkəzi tərəfindən bu kimi maarifləndirici görüşlərin bölgələrdə ardıcıl və sistemli şəkildə davam etdirilməsi aqrar sahədə bilik və bacarıqların daha geniş yayılmasına mühüm töhfə verir. Eyni zamanda, bu təşəbbüslər fermerlərin və yerli sakinlərin mövsümi çağırışlara, xüsusilə yaz mövsümündə yarana biləcək risklərə qarşı daha hazırlıqlı olmalarına şərait yaradır.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır