İşğaldan azad edilmiş ərazilərdə keçirilən təlimlərin növbəti mərhələsi uğurla başa çatıb
2026-04-17 09:25:25
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi qaydalarına uyğun olaraq, Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən sakinlərin bilik və bacarıqlarını artırmaq və innovativ yanaşmaları tətbiq etmək məqsədilə təşkil olunan təlimlərin növbəti mərhələsi uğurla başa çatıb.
Belə ki, bu mərhələdə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi, eləcə də Zəngilan rayonunun Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri təlimlərə cəlb olunublar. Təlimlərin sonunda keçirilən yekun qiymətləndirmə imtahanını uğurla başa vuran iştirakçılar “Müvəffəqiyyət sertifikatı” ilə təltif ediliblər. Ümumilikdə, Zəngilan rayonu üzrə 37 nəfər, Xocavənd rayonu üzrə isə 83 nəfər olmaqla 120 sakin sertifikat əldə edib.
Proqram çərçivəsində iştirakçılara elektron kənd təsərrüfatı sistemləri, meyvəçilik və tərəvəzçilik, bitkiçilik və əkinçilik sahələrində müasir yanaşmalar, heyvanların düzgün bəslənməsi, saxlanma şəraiti, cins seçimi və məhsuldarlığın artırılması yolları, kənd təsərrüfatı texnikalarından səmərəli istifadə, təsərrüfatın düzgün təşkili, müasir suvarma sistemləri, yem bitkilərinin yetişdirilməsi, iqlim dəyişkənliyinin kənd təsərrüfatına təsirləri, barədə ətraflı məlumat verilib. Həmçinin, azad olunmuş ərazilərdə fəaliyyət zamanı nəzərə alınmalı əsas davranış qaydaları , dövlətin kənd təsərrüfatına göstərdiyi dəstək mexanizmləri, mövcud imkanlardan istifadə yolları da ətraflı şəkildə təqdim olunub.
Tədbir zamanı kənd sakinlərinin sual və təklifləri diqqətlə dinlənilib, təsərrüfat fəaliyyətində qarşıya çıxan məsələlər və gələcək planlar ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə aqrar fəaliyyətin bərpası və inkişafına yönələn bu cür təlim proqramları yerli sakinlərin kənd təsərrüfatı sahəsində bilik və bacarıqlarını daha da möhkəmləndirir, torpaq resurslarından səmərəli istifadəni təşviq edir və regionda dayanıqlı aqrar fəaliyyətin formalaşmasına mühüm töhfə verir. Bu məqsədlə təlimlər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi metodiki yanaşmalar və aqrar sahədə tətbiq olunan qabaqcıl təcrübələr əsasında hazırlanmış proqram üzrə təşkil olunur.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır