Çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri davam etdirilir
2026-05-13 15:00:00
Xüsusi təhlükəli zərərvericilərdən olan çəyirtkəkimilər sirayətləndiyi bitkilərdə məhsuldarlığı tamamilə məhv etməklə ətraf ərazilərə miqrasiya edərək bütün yaşıllıq və əkinlər üçün ciddi risk və təhdid yaradır.
Kənd təsərrüfatı bitkilərinin qorunması və məhsuldarlığın artırılması məqsədilə çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri davam etdirilir. Hazırda Mərakeş çəyirtkəsinə qarşı mübarizə tədbirləri Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən Cəbrayıl rayonunun Soltanlı və Daşkəsən kəndlərinə yaxın ərazilərdə yerləşən dövlət qışlaq fondu torpaqlarında dövlət büdcəsi vəsaiti hesabına alınmış bifentrin tərkibli preparat vasitəsilə pilotsuz uçuş aparatları (dronlar) və “Scout” tipli çiləyici aparatlarından istifadə olunmaqla aparılır.
Mübarizə zamanı müasir texnologiyaların tətbiqi bitki mühafizəsi tədbirlərinin daha operativ və effektiv şəkildə həyata keçirilməsinə imkan verir, geniş ərazilərin vaxtında və keyfiyyətli dərmanlanmasını təmin edir.
Fitosanitar sabitliyin qorunması məqsədilə respublikanın digər bölgə və rayonlarının ərazilərində də Mərkəzin mütəxəssisləri tərəfindən çəyirtkəkimilərə görə fəal müşahidə işləri aparılır.
Aqrar Xidmətlər Agentliyi fermer və sahibkarların nəzərinə çatdırır ki, təsərrüfatlarında adı çəkilən zərərverici müşahidə edildiyi halda, dərhal Agentliyin müvafiq yerli qrumlarına (Rayon Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzlərinə) məlumat versinlər.
Hazırda müşahidə və mübarizə işləri davam etdirilir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır