Məktəblilər arasında ekoloji maarifləndirmə tədbirləri davam edir
2026-05-14 12:00:00
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhərinin Xəzər rayonunda yerləşən 92 nömrəli tam orta məktəbdə “Xəzər suitisinin ekosistemdə rolu” mövzusunda maarifləndirici təlim keçirilib. Təlim Agentliyin Balıq sağlamlığı və məhsuldarlığın təşkili şöbəsinin əməkdaşları tərəfindən aparılıb. Tədbirin əsas məqsədi şagirdləri Xəzər dənizinin yeganə dəniz məməlisi olan Xəzər suitisi barədə məlumatlandırmaq, bu nadir növün ekosistemdəki mühüm rolunu izah etmək olub.
Təlim zamanı iştirakçılara Xəzər suitisinin həyat tərzi, yayılma arealı, qida zəncirindəki mövqeyi, qarşılaşdığı təhlükələr və müxtəlif xəstəliklər barədə ətraflı məlumat verilib. Bildirilib ki, Xəzər suitisi ekoloji tarazlığın qorunmasında mühüm əhəmiyyətə malikdir və onun sayının azalması Xəzər dənizinin biomüxtəlifliyinə ciddi təsir göstərə bilər. Eyni zamanda proqram çərçivəsində şagirdlərlə ətraf mühitin mühafizəsi, su hövzələrinin çirklənməsinin qarşısının alınması və nadir canlı növlərinin qorunmasının vacibliyi ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu kimi maarifləndirici təlimlərin keçirilməsi ekoloji biliklərin artırılması, ətraf mühitə məsuliyyətli yanaşmanın formalaşdırılması və təbiətin qorunması istiqamətində cəmiyyətin məlumatlılıq səviyyəsinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə məktəblilər arasında təşkil olunan belə tədbirlər gənc nəslin ekoloji dəyərlərə həssas yanaşmasına, biomüxtəlifliyin qorunmasının vacibliyini daha yaxşı dərk etməsinə və gələcəkdə ətraf mühitin mühafizəsində fəal mövqe tutmasına töhfə verir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır