Ümumtəhsil müəssisələrində qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri davam etdirilir
2026-05-20 17:00:00
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində davam etdirilir. Tədbirlərin əsas məqsədi şagirdləri qəhvəyi mərmər bağacığının kənd təsərrüfatına vurduğu ziyan barədə məlumatlandırmaq, eyni zamanda zərərvericiyə qarşı mübarizə üsulları ilə bağlı ictimai maarifləndirməni gücləndirməkdir.
Maarifləndirmə proqramı çərçivəsində respublikanın 12 rayonunda yerləşən 67 ümumtəhsil müəssisəsində keçirilən görüşlərdə ümumilikdə 6000-ə yaxın şagird və müəllim iştirak edib. Görüşlər zamanı iştirakçılara qəhvəyi mərmər bağacığının xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə təsiri, zərərvericinin aşkar edilməsi və ona qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Təlimlər interaktiv formatda təşkil olunub, iştirakçıların sualları cavablandırılıb və maarifləndirici çap materialları təqdim edilib.
Aqrar Təlim Mərkəzi tərəfindən bu cür maarifləndirici tədbirlər şagirdlərdə ekoloji düşüncənin formalaşmasına, zərərvericilərlə mübarizədə fəal mövqe tutmalarına və ətraf mühitə həssas yanaşmanın təşviq olunmasına xidmət edir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır