Səyyar Baytarlıq Xidməti regionlarda fəaliyyətə başlayıb
2026-05-21 11:00:00
Aqrar Xidmətlər Agentliyi fermerlərin baytarlıq xidmətlərinə daha rahat və operativ çıxışını təmin etmək məqsədilə müasir avadanlıqlarla təchiz olunmuş Səyyar Baytarlıq Xidməti avtomobili vasitəsilə regionlarda xidmət göstərməyə başlayıb. Xidmətin tətbiqi fermerlərin vaxt itkisini minimuma endirməklə yanaşı, heyvan sağlamlığının qorunması, profilaktik tədbirlərin operativ həyata keçirilməsi və baytarlıq xidmətlərinin əlçatanlığının artırılmasına mühüm töhfə verir.
Layihə çərçivəsində Agentliyin mütəxəssisləri Ağcabədi heyvan satış bazarı ərazisində fermerlərlə görüş keçirərək onlara göstərilən baytarlıq xidmətləri barədə ətraflı məlumat verib, eyni zamanda heyvanlara müxtəlif profilaktik və müalicəvi xidmətlər təqdim ediblər. Səyyar xidmət maşınında ultrasəs müayinələrinin aparılması, cərrahi əməliyyatların icrası, heyvanlarda dırnaq kəsimi, peyvəndləmə, ilkin diaqnostika, eləcə də təcili baytarlıq yardımının yerində həyata keçirilməsi mümkündür.
Qeyd edək ki, fermerlər Aqrar Xidmətlər Agentliyinə müraciət etməklə səyyar baytarlıq xidmətindən yararlana, heyvanların yerində müayinə və müalicəsini təşkil etdirə, həmçinin xəstəliklərin profilaktikası, peyvəndləmə və heyvan sağlamlığının qorunması ilə bağlı peşəkar baytar məsləhətləri əldə edə bilərlər.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır