Qəhvəyi mərmər bağacığı ilə bağlı keçirilən tədbir iştirakçılarının Zaqatalaya sahə səfəri təşkil olunub
2026-05-25 10:47:00
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə “Qafqaz regionunda qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması və idarə olunması” mövzusunda keçirilən regional seminar çərçivəsində yerli və xarici mütəxəssislərin Zaqatala rayonuna sahə səfəri təşkil olunub.
Sahə səfəri zamanı iştirakçılar rayonun Yuxarı Tala kəndində fermerlər və kənd sakinləri ilə görüşərək qəhvəyi mərmər bağacığının yayıldığı ərazilərdə aparılan monitorinq və mübarizə tədbirləri ilə yerində tanış olublar. Xarici mütəxəssislər müşahidə işlərinin təşkili, zərərvericinin yayılma səviyyəsinin qiymətləndirilməsi və inteqrir mübarizə üsulları ilə bağlı beynəlxalq təcrübələri iştirakçıların diqqətinə çatdırıblar.
Gün ərzində seminar iştirakçıları Mazımqara sərhəd-keçid məntəqəsinə də baş çəkərək nəqliyyat vasitələrində həyata keçirilən dezinseksiya tədbirləri ilə tanış olublar. Görüş çərçivəsində qəhvəyi mərmər bağacığının transsərhəd yayılma risklərinin azaldılması istiqamətində görülən fitosanitar tədbirlər və nəzarət mexanizmləri ətrafında müzakirələr aparılıb.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır