Bölgələrdə maarifləndirici təlimlər davam etdirilir
2026-06-22 12:06:00
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən fermerlərin bilik və bacarıqlarının artırılması, müasir aqrar yanaşmaların təşviqi və kənd təsərrüfatında səmərəliliyin yüksəldilməsi məqsədilə respublikanın müxtəlif bölgələrində maarifləndirici təlimlər və sahə görüşləri davam etdirilir. Regionların ixtisaslaşma istiqamətlərinə uyğun şəkildə keçirilən tədbirlər Göyçay, Füzuli, Ucar, Biləsuvar, Bərdə, Kürdəmir, Astara, Lənkəran, İmişli, Daşkəsən, Şəki və Goranboy rayonlarını əhatə edib.
Proqram çərçivəsində iştirakçılara taxılçılıq, bitkiçilik, heyvandarlıq, arıçılıq, baramaçılıq, çəltikçilik, çayçılıq, pambıqçılıq, kartofçuluq və tütünçülük sahələri üzrə aqrotexniki qulluq qaydaları, məhsuldarlığın artırılması, xəstəlik və zərərvericilərlə mübarizə tədbirləri, müasir kənd təsərrüfatı texnikalarından səmərəli istifadə və yığıma hazırlıq prosesləri barədə məlumat verilib. Eyni zamanda fermerlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) haqqında məlumatlandırılıb, sistemin imkanları və təqdim etdiyi rəqəmsal xidmətlər izah olunub.Sahə görüşləri çərçivəsində iştirakçılar praktik nümayişlərdə iştirak edib, mövcud problemlərin həlli yolları, müasir texnologiyaların tətbiqi və aqrotexniki tədbirlərin düzgün təşkili ilə bağlı mütəxəssislərin tövsiyələrini dinləyiblər.
Görüşlər zamanı iştirakçıların mövzular üzrə sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb. Fermerlərə kənd təsərrüfatında tətbiq olunan müasir texnologiyalar, düzgün aqrotexniki tədbirlərin həyata keçirilməsi, məhsuldarlığın artırılması və təsərrüfatların daha səmərəli idarə olunması istiqamətində praktiki tövsiyələr verilib.
Aqrar Təlim Mərkəzi tərəfindən təşkil olunan bu kimi tədbirlər fermerlərin maarifləndirilməsi, innovativ yanaşmaların təşviqi və regionlarda dayanıqlı aqrar inkişafın dəstəklənməsi istiqamətində mühüm əhəmiyyət daşıyır. Təlim və sahə görüşlərinin növbəti aylarda da ölkənin digər bölgələrində davam etdirilməsi nəzərdə tutulur.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır