AXA sədri Naxçıvanda toxumçuluq təsərrüfatlarına baxış keçirib və elmi-tədqiqat işləri ilə tanış olub
2026-06-23 11:16:00
Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Aqrar Xidmətlər Agentliyinin sədri regionda fəaliyyət göstərən toxumçuluq təsərrüfatlarına, eləcə də Akademik H.Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun təcrübə sahələrinə baxış keçirib.
Səfər zamanı toxumçuluq təsərrüfatlarında görülən işlər, yerli iqlim və torpaq şəraitinə uyğun yüksək məhsuldar sortlar, eləcə də sertifikatlaşdırma prosesi və toxum təminatının mövcud vəziyyəti barədə ətraflı məlumat verilib. Agentliyin sədri ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında toxumçuluğun inkişafının strateji əhəmiyyət daşıdığını vurğulayaraq, sertifikatlı toxum istehsalının genişləndirilməsinin vacibliyini qeyd edib.
Daha sonra Akademik H.Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun təcrübə sahələrinə baxış keçirilib. Burada müxtəlif kənd təsərrüfatı bitkiləri üzrə aparılan elmi-tədqiqat işləri, yeni sortların sınaqları, seleksiya istiqamətində həyata keçirilən tədbirlər və innovativ yanaşmalar barədə ətraflı məlumat təqdim olunub.
Görüşlər zamanı elmi tədqiqatların istehsalatla inteqrasiyasının gücləndirilməsi, yerli toxum istehsalının artırılması və kənd təsərrüfatında müasir texnologiyaların tətbiqinin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, elmi əsaslara söykənən toxum istehsalının inkişafı kənd təsərrüfatında məhsuldarlığın artırılmasına, fermerlərin keyfiyyətli toxuma çıxış imkanlarının genişlənməsinə və aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə verir.
Səfər çərçivəsində həmçinin Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti nümayəndələri ilə görüş keçirilib, qarşıda duran vəzifələr, əməkdaşlıq imkanları və gələcək perspektivlər müzakirə olunub. Qeyd edilib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər regionun kənd təsərrüfatı potensialının daha da gücləndirilməsinə və yerli istehsalın inkişafına xidmət edir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır