İşğaldan azad olunmuş ərazilərdə keçirilən təlimlər davam edir
2026-06-24 14:42:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların yerli sakinlərə güzəştli şərtlərlə icarəyə verilməsində səmərəliliyin artırılması məqsədilə həyata keçirilən təlim proqramı davam etdirilir. Təlimlər Xocalı rayonunun Təzəbinə və Xanabad kəndlərini, eləcə də Ağdərə rayonunun Suqovuşan qəsəbəsini əhatə edir.
Təlimin əsas məqsədi fermerlərin bilik və bacarıqlarının artırılması, müasir kənd təsərrüfatı yanaşmalarının təşviqi, torpaq və su ehtiyatlarından daha səmərəli istifadənin təmin olunması, həmçinin rəqabətqabiliyyətli və dayanıqlı təsərrüfatların formalaşdırılmasına dəstək verməkdir. Bununla yanaşı, iştirakçıların rəqəmsal kənd təsərrüfatı xidmətlərindən istifadə bacarıqlarının inkişaf etdirilməsi, dövlət dəstəyi mexanizmlərindən daha effektiv yararlanması və müasir aqrar texnologiyaların tətbiqi üzrə biliklərinin genişləndirilməsi də əsas prioritetlər sırasındadır.
Təlimlər çərçivəsində iştirakçılara elektron kənd təsərrüfatı sistemləri, meyvəçilik və tərəvəzçilik, bitkiçilik və əkinçilik sahələrində müasir yanaşmalar, kənd təsərrüfatı texnikasından səmərəli istifadə üsulları, təsərrüfatların düzgün təşkili, müasir suvarma sistemləri, yem bitkilərinin becərilməsi, eləcə də iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirləri barədə ətraflı məlumat verilir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət zamanı riayət olunmalı davranış qaydaları və mövcud dövlət dəstəyi mexanizmlərindən istifadə imkanları da iştirakçıların diqqətinə çatdırılır.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə aqrar fəaliyyətin bərpası və inkişafına yönəlmiş təlim proqramları Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müəyyən edilmiş metodiki yanaşmalar əsasında hazırlanaraq, aqrar sahədə tətbiq olunan qabaqcıl təcrübələrə uyğun şəkildə həyata keçirilir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır