“Toxumçuluğun inkişafında sertifikatlaşmanın əhəmiyyəti” mövzusunda tədbir keçirilib
2026-06-24 16:48:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən dövlət–özəl sektor əməkdaşlığı çərçivəsində İsmayıllı rayonunda yeni fəaliyyətə başlayan İvanovka Aqroparkında “Toxumçuluğun inkişafında sertifikatlaşmanın əhəmiyyəti” mövzusunda sahə günü keçirilib. Tədbirdə media nümayəndələri, fermerlər, yerli seleksiyaçılar, toxum istehsalçıları və aqrar sahə üzrə mütəxəssislər iştirak edib.
Tədbir “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsinə dair Tədbirlər Planında nəzərdə tutulan toxumçuluğun (tingçiliyin) inkişafı üzrə hüquqi, institusional və dəstək tədbirlərinin icrası çərçivəsində təşkil olunub. Tədbirin əsas məqsədi ölkədə toxumçuluğun inkişafını təşviq etmək, fermerlər arasında sertifikatlı toxumlardan istifadənin genişləndirilməsi, yerli sortların tanıdılması, müasir aqrotexniki tədbirlərin nümayiş etdirilməsi, eləcə də dövlət–özəl sektor əməkdaşlığının aqrar sahənin inkişafına verdiyi töhfələrin iştirakçıların diqqətinə çatdırılması olub.
Sahə günü çərçivəsində iştirakçılar İvanovka Aqroparkında yaradılmış toxumluq əkin sahələri və yerli sortlarla tanış olublar. Onlara sortların məhsuldarlığı, torpaq-iqlim şəraitinə uyğunluğu və xəstəliklərə davamlılığı barədə məlumat verilib. Bildirilib ki, aqroparkda növbəli əkin sistemi və izolyasiya qaydalarına riayət olunması yüksək keyfiyyətli toxum istehsalına şərait yaradır. Eyni zamanda qeyd olunub ki, yerli şəraitə uyğun sortların yaradılması və sertifikatlı toxumlardan istifadə məhsuldarlığın artırılmasına, məhsul itkilərinin azaldılmasına və toxumçuluq potensialının gücləndirilməsinə mühüm töhfə verir. AXA tərəfindən həyata keçirilən aprobasiya, laborator analiz və sertifikatlaşdırma tədbirlərinin də fermerlərin keyfiyyətli toxumlarla təminatında mühüm rol oynadığı vurğulanıb.
Qeyd edək ki, 2025-ci ildə AXA tərəfindən 80 min tondan çox toxum və 7 milyona yaxın ting sertifikatlaşdırılıb. Bu göstərici ölkədə toxumçuluq sahəsinin ardıcıl inkişafını, fermerlərin yüksək keyfiyyətli toxum və tinglərlə təminatının gücləndirilməsini, eləcə də kənd təsərrüfatında məhsuldarlığın artırılması istiqamətində həyata keçirilən tədbirlərin uğurlu nəticələrini əks etdirir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır