Tərtərdə xurma bağlarında yaşıl budama ilə bağlı maarifləndirici sahə görüşü keçirilib
2026-07-02 12:00:00
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən Tərtər rayonunun İrəvanlı kəndində “Xurma bağlarında yaşıl budamanın aparılma qaydaları” mövzusunda maarifləndirici sahə görüşü keçirilib.
Tədbirin əsas məqsədi xurma istehsalı ilə məşğul olan fermerlərin və bağ sahiblərinin bilik və bacarıqlarının artırılması, məhsuldarlığın yüksəldilməsi istiqamətində müasir aqrotexniki yanaşmaların tətbiqinə dəstək göstərmək olub.
Sahə görüşü zamanı iştirakçılara yaşıl budamanın əhəmiyyəti, onun ağacların sağlam inkişafına, məhsulun keyfiyyətinin yüksəldilməsinə və bağlarda məhsuldarlığın artırılmasına təsiri barədə ətraflı məlumat verilib. Eyni zamanda, budama prosesinin hansı dövrlərdə və hansı üsullarla aparılmasının daha səmərəli nəticələr verdiyi praktiki şəkildə nümayiş etdirilib. Həmçinin mütəxəssislər tərəfindən xurma ağaclarında artıq və zəif zoğların kənarlaşdırılması, tacın düzgün formalaşdırılması, günəş işığının ağacın bütün hissələrinə bərabər paylanmasının təmin edilməsi kimi vacib məqamlar izah olunub.
Qeyd edək ki, Aqrar Təlim Mərkəzi tərəfindən bu cür maarifləndirici görüşlərin keçirilməsi kənd təsərrüfatında qabaqcıl təcrübələrin yayılması, fermerlərin peşəkar biliklərinin artırılması və məhsuldarlığın yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır