Xaçmazda samuray arıları təbii mühitə buraxılıb
2026-07-08 15:31:26
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən kənd təsərrüfatı bitkilərinin təhlükəli zərərvericilərindən olan qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması məqsədilə bioloji mübarizə tədbirləri davam etdirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində samuray arıları Xaçmaz rayonunda təbii mühitə buraxılıb.
Bioloji mübarizə tədbirlərinin davamlılığını təmin etmək məqsədilə Gəncə şəhərində fəaliyyətə başlayan laboratoriyada samuray arılarının yerli mütəxəssislər tərəfindən çoxaldılması və yetişdirilməsinə başlanılıb. Laboratoriyada aparılan işlər nəticəsində faydalı həşəratların yerli şəraitdə artırılması mümkün olacaq. Bu isə bioloji mübarizə tədbirlərinin daha səmərəli, sistemli və davamlı şəkildə həyata keçirilməsinə mühüm töhfə verəcək.
Samuray arılarının təbii mühitə buraxılması Türkiyədən dəvət olunmuş mütəxəssislərin iştirakı və elmi dəstəyi ilə həyata keçirilib. Proses zamanı qəhvəyi mərmər bağacağının yayılmasına qarşı bioloji mübarizənin effektivliyinin artırılması, samuray arılarının yerli şəraitə uyğunlaşdırılması və tətbiqi ilə bağlı mütəxəssislər arasında təcrübə mübadiləsi aparılıb.
Aqrar Xidmətlər Agentliyinin həyata keçirdiyi bu innovativ yanaşma qəhvəyi mərmər bağacığının populyasiyasının nəzarətdə saxlanılmasına, kimyəvi mübarizə vasitələrindən istifadənin azaldılmasına və ekoloji cəhətdən təhlükəsiz mübarizə üsullarının geniş tətbiqinə xidmət edir. Eyni zamanda, əldə olunacaq nəticələr əsasında proqramın mərhələli şəkildə ölkənin digər regionlarında da genişləndirilməsi nəzərdə tutulur.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır