Zərdabda heyvandarlıq sahəsində fəaliyyət göstərən fermerlərlə görüş keçirilib
2026-07-09 10:00:00
Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfindən heyvandarlıq sahəsində fəaliyyət göstərən fermerlərin maarifləndirilməsi, heyvan sağlamlığının qorunması və profilaktik baytarlıq tədbirlərinin təşviqi məqsədilə Zərdab rayonunun Gödəkqobu kəndində fermerlərlə görüş keçirilib.
Görüş zamanı mövsüm üçün xarakterik olan qan parazitar xəstəlikləri, onların yaranma səbəbləri, profilaktik tədbirlər və vaxtında aparılan baytarlıq xidmətlərinin əhəmiyyəti barədə fermerlərə ətraflı məlumat verilib. Eyni zamanda, yay mövsümündə heyvanların çimizdirilməsinin sağlamlığın qorunmasındakı rolu, eləcə də intensiv qoyun bəslənməsi zamanı düzgün yemləmə, saxlanma və qulluq qaydaları barədə fermerlərə zəruri məlumatlar təqdim olunub
Proqram çərçivəsində Aqrar Xidmətlər Agentliyinin Səyyar Baytarlıq Xidmətləri avtomobilinə baxış keçirilib, mobil xidmətin imkanları və fəaliyyəti barədə iştirakçılar məlumatlandırılıblar. Həmçinin vətəndaş müraciətləri əsasında təsərrüfatlara baxış keçirilərək heyvanların sağlamlıq vəziyyəti qiymətləndirilib, mövcud vəziyyətlə bağlı müvafiq baytarlıq tövsiyələri verilib.
Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyi tərəfindən bu kimi görüşlərin keçirilməsində əsas məqsəd fermerlərin bilik və bacarıqlarının artırılması, heyvan sağlamlığının qorunması, xəstəliklərin qarşısının vaxtında alınması və heyvandarlıq sahəsində səmərəli təsərrüfatçılığın təşviq edilməsidir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır