Dövlət Proqramının icrası çərçivəsində pambıq və yonca bitkilərinin becərilməsinə dair sahə görüşü keçirilib
2026-07-09 12:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində maarifləndirici tədbirlər davam etdirilir. Dövlət Proqramının prioritet istiqamətlərindən biri olan informasiya-məsləhət xidmətləri və innovasiya yayımı sisteminin inkişafı çərçivəsində respublikanın müxtəlif bölgələrində fermerlər üçün sahə görüşləri təşkil olunur. Bu tədbirlər silsiləsinin növbəti görüşü “Pambıq və yonca bitkilərinin becərilmə aqrotexnikası” mövzusunda baş tutub.
İnteraktiv formatda təşkil edilən görüşün əsas məqsədi fermerlərin və kənd təsərrüfatı ilə məşğul olan sahibkarların pambıq və yonca əkinlərində müasir becərmə texnologiyaları, düzgün aqrotexniki tədbirlərin tətbiqi, məhsuldarlığın artırılması və keyfiyyətli məhsul istehsalı sahəsində bilik və bacarıqlarının daha da artırılması olub.
Proqram çərçivəsində mütəxəssislər tərəfindən pambıq və yonca bitkilərinin becərilməsinin bütün əsas mərhələləri barədə iştirakçılara ətraflı məlumat verilib. Təqdimatlarda torpağın əkinə hazırlanması, səpin, gübrələmə, suvarma, alaq otlarına qarşı mübarizə, xəstəlik və zərərvericilərə qarşı inteqrir mübarizə tədbirləri, eləcə də məhsul yığımınadək görülməli aqrotexniki işlər geniş şəkildə izah olunub. Eyni zamanda vurğulanıb ki, aqrotexniki qulluq tədbirlərinin vaxtında, düzgün və elmi əsaslarla həyata keçirilməsi məhsuldarlığın yüksəldilməsi ilə yanaşı, istehsal olunan məhsulun keyfiyyətinin artırılmasında da mühüm rol oynayır.
Aqrar Təlim Mərkəzi tərəfindən regionlarda fermerlərin maarifləndirilməsi, müasir kənd təsərrüfatı biliklərinin təşviqi və qabaqcıl təcrübələrin tətbiqinin genişləndirilməsi məqsədilə bu cür təlim və sahə görüşlərinin təşkili bundan sonra da davam etdiriləcək.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır