“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
2026-07-23 16:56:17
“Azərsun Holdinq” korporativ sosial məsuliyyət layihələri çərçivəsində fermerlərin bilik və bacarıqlarının artırılmasına yönəlmiş maarifləndirici fəaliyyətini davam etdirir. Bu məqsədlə peşəkar mütəxəssislərin tövsiyələri sosial media platformaları vasitəsilə geniş auditoriyaya çatdırılır.
“Qafqazinfo” xəbər verir ki, “Azərsun Holdinq”in Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə əməkdaşlığı çərçivəsində fermerlərin real ehtiyacları nəzərə alınaraq müxtəlif mövzuları əhatə edən maarifləndirici video materiallar hazırlanıb.
Bu videolarda Aqrar Təlim Mərkəzinin mütəxəssisləri tərəfindən kənd təsərrüfatının aktual istiqamətləri üzrə praktik məsləhətlər, müasir becərmə üsulları və məhsuldarlığın artırılmasına yönəlmiş tövsiyələr təqdim olunur. Məqsəd fermerlərin bilik və bacarıqlarının inkişafına dəstək vermək, onların gündəlik fəaliyyətində faydalı ola biləcək praktik məlumatları daha əlçatan formada çatdırmaqdır
Layihə çərçivəsində “Nar ağacının düzgün budama qaydaları”, “Alaq bitkiləri və onlarla mübarizə”, “Keyfiyyətli toxum necə seçilməlidir?”, “Əsas taxıl bitkilərinin becərilməsi” və digər mövzuları əhatə edən video məzmunlar hazırlanaraq “Azərsun Aqro TV” platformalarında yayımlanıb.
Qeyd edək ki, rəqəmsal kanallar vasitəsilə həyata keçirilən layihə çərçivəsində indiyədək 100-dən çox maarifləndirici video izləyicilərə təqdim olunub. Hazırlanan videoların ümumi izlənmə sayı 5 milyona yaxınlaşıb və minlərlə fermer bu məzmunlardan faydalanaraq təsərrüfatlarının daha səmərəli idarə olunması və inkişaf etdirilməsi istiqamətində yeni biliklər əldə edib.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır