Aqrar Xidmətlər Agentliyinin əməkdaşı Çində keçirilən beynəlxalq seminarda mükafata layiq görülüb
2026-08-04 11:00:00
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşı Çin Xalq Respublikasının Çanşa şəhərində keçirilən "Seminar on Agricultural Products Quality and Safety Management for Developing Countries" adlı beynəlxalq təlim proqramında uğurla iştirak edib.
7–27 iyul 2026-cı il tarixlərini əhatə edən seminar Çin hökumətinin dəstəyi ilə təşkil olunub. Təlim proqramında müxtəlif ölkələrdən kənd təsərrüfatı, qida təhlükəsizliyi və fitosanitar nəzarət sahələrində fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər.
Seminar çərçivəsində kənd təsərrüfatı məhsullarının keyfiyyət və təhlükəsizlik sistemləri, məhsulların laborator müayinəsi, risklərin qiymətləndirilməsi, izlənəbilənlik mexanizmləri, rəqəmsal nəzarət həlləri, habelə aqrar məhsulların istehsalı və emalında tətbiq olunan müasir yanaşmalar üzrə nəzəri və praktiki məşğələlər keçirilib.
Təlimlərə Agentliyin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin Fumiqasiya şöbəsinin müdiri Şəhriyar Oruczadə, Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Yerli qurumlarla iş şöbəsinin müdiri Fərid Osmanlı və Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Təhlil və inkişaf şöbəsinin aparıcı mütəxəssisi Toğrul Məmmədov qatılıblar. Proqram çərçivəsində iştirakçılar müvafiq dövlət qurumları, laboratoriyalar və istehsal müəssisələrinin fəaliyyəti ilə də yaxından tanış olublar.
Seminarın yekununda Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin Fumiqasiya şöbəsinin müdiri Şəhriyar Oruczadə təlim müddətində nümayiş etdirdiyi yüksək fəallıq, peşəkar hazırlıq və beynəlxalq təcrübə mübadiləsinə verdiyi töhfəyə görə "Outstanding Participant" (Fərqlənən İştirakçı) fəxri mükafatı və sertifikatla (Honorary Credential) təltif olunub.
Qeyd edək ki, əldə olunan bilik və təcrübənin ölkəmizdə kənd təsərrüfatı məhsullarının keyfiyyət və təhlükəsizlik sisteminin təkmilləşdirilməsi, fitosanitar nəzarət sahəsində qabaqcıl beynəlxalq təcrübələrin tətbiqi və institusional potensialın gücləndirilməsi istiqamətində istifadə olunması nəzərdə tutulur.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır