Bərdədə pambığın yığıma hazırlanması ilə bağlı maarifləndirici sahə görüşü keçirilib
2026-08-07 16:00:00
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən Bərdə rayonunun Şatırlı kəndində "Pambığın yığıma hazırlanması üçün defolyasiya və desikasiya aparılma qaydaları" mövzusunda maarifləndirici sahə görüşü təşkil olunub. Tədbirdə rayonun pambıq istehsalı ilə məşğul olan fermerləri, aqrar sahə mütəxəssisləri və digər maraqlı şəxslər iştirak ediblər.
Görüşün əsas məqsədi pambığın məhsuldarlığının artırılması, yığım prosesinin daha səmərəli təşkili və məhsulun keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün defolyasiya və desikasiya tədbirlərinin düzgün tətbiqi barədə iştirakçıları məlumatlandırmaq olub.
İnteraktiv formada təşkil olunan görüş zamanı defolyasiya və desikasiya anlayışları, bu aqrotexniki tədbirlərin tətbiq olunma vaxtı, istifadə olunan preparatların seçimi, tətbiq normaları, hava şəraitinin nəzərə alınmasının vacibliyi və təhlükəsizlik qaydaları ətraflı izah edilib. Bildirilib ki, bu tədbirlərin optimal müddətdə və düzgün üsulla həyata keçirilməsi pambıq yığımının mexanikləşdirilməsini asanlaşdırır, məhsul itkilərini minimuma endirir, lifin keyfiyyətinin qorunmasına və sahələrin növbəti əkin mövsümünə vaxtında hazırlanmasına şərait yaradır.
Aqrar Təlim Mərkəzi tərəfindən ölkənin müxtəlif bölgələrində bu kimi maarifləndirici tədbirlərin keçirilməsi fermerlərin bilik və bacarıqlarının artırılmasına, müasir aqrotexniki yanaşmaların geniş tətbiqinə və pambıqçılıqda məhsuldarlığın yüksəldilməsinə mühüm töhfə verir.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır