Xaçmaz rayonunda qəhvəyi mərmər bağacığına qarşı monitorinq və kimyəvi mübarizə tədbirləri həyata keçirilib
2026-08-13 15:37:12
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin Xaçmaz rayon bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində qəhvəyi mərmər bağacığına qarşı növbəti müşahidə və mübarizə işləri aparılıb.
Tədbirlər çərçivəsində zərərvericini aşkar etmək məqsədilə rayonun Səlimoba, Tel, Samurçay, Turist, Günəşli və Şimal kəndlərində asılmış ümumilikdə 62 ədəd feromon tələyə baxış keçirilib. Proses zamanı Tel kəndində 17, Səlimoba kəndində 15, Samurçay kəndində 6 və digər kəndlərin hər birində 8 ədəd olmaqla yoxlanılan tələlərin vəziyyəti qiymətləndirilib, yararsız hala düşmüş tələlər yeniləri ilə əvəz edilib. Aparılan monitorinqlər nəticəsində adıçəkilən kəndlərin hamısında asılmış tələlərdə qəhvəyi mərmər bağacığı müşahidə olunub.
Zərərvericinin yayılmasının qarşısını almaq və məhv edilməsini təmin etmək üçün Səlimoba və Turist kəndlərinin hər birində bir nöqtədə yeni "cəlb et, məhv et" stansiyaları quraşdırılıb. Bununla yanaşı, Səlimoba kəndində iki, Samurçay kəndində isə bir nöqtədə yerləşən mövcud stansiyalarda bağacıqla mübarizə məqsədilə zəruri kimyəvi dərmanlama işləri icra edilib.
Aqrar Xidmətlər Agentliyi tərəfindən kənd təsərrüfatı bitkilərinin qorunması və məhsuldarlığın təmin edilməsi məqsədilə zərərvericilərə qarşı mütəmadi nəzarət və profilaktik mübarizə tədbirləri davam etdirilir.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır