Zaqatalada arıçılar üçün beynəlxalq ekspertin iştirakı ilə maarifləndirici sahə görüşü keçirilib
2026-08-14 16:16:08
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təşviqi, eləcə də fermerlərin bilik və bacarıqlarının artırılması istiqamətində silsilə tədbirlər davam etdirilir. Bu çərçivədə Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən Qurbanəliyev Mövlüddinin boz-qafqaz damazlıq arı təsərrüfatında “Arı Xəstəliklərinin İdarə Edilməsi: Müasir Çağırışlar və Biotəhlükəsizlik” mövzusunda 3 günlük təlim proqramının sonuncu günündə praktiki və maarifləndirici sahə görüşü keçirilib.
Təlim proqramının əsas məqsədi arıçılıq təsərrüfatlarında xəstəliklərin vaxtında müəyyənləşdirilməsi, profilaktik tədbirlərin düzgün təşkili, arı ailələrinin sağlamlığının qorunması və biotəhlükəsizlik qaydalarının tətbiqi istiqamətində fermerlərin praktiki bilik və bacarıqlarının artırılması olub. Bu məqsədlə Türkiyədən dəvət olunmuş beynəlxalq ekspert, professor Mustafa Necati Muz tərəfindən aparılan sessiyalarda TOT iştirakçıları və yerli fermerlərə arı xəstəliklərinin idarə olunmasına dair müasir yanaşmalar təqdim edilib. Sessiyalar zamanı xəstəliklərin ilkin əlamətlərinin vaxtında müəyyənləşdirilməsi, arı ailələrinin mütəmadi müşahidəsi, təsərrüfatlarda sanitariya və gigiyena qaydalarına əməl olunması, eləcə də profilaktik tədbirlərin vaxtında və düzgün həyata keçirilməsi ilə bağlı ətraflı məlumatlar verilib.
Sahə görüşünün zamanı iştirakçılara arı ailələrinin vəziyyətinin qiymətləndirilməsi, pətəklərin və arıçılıq avadanlıqlarının düzgün istifadəsi, xəstəlik risklərinin azaldılması və təsərrüfatlarda biotəhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı əyani izahlar verilib. Fermerlərin sualları cavablandırılıb və konkret təsərrüfat nümunələri üzərindən müzakirələr aparılıb. Sessiyalar zamanı vurğulanıb ki, arı xəstəlikləri ilə mübarizədə yalnız xəstəlik yarandıqdan sonra müalicə tədbirlərinin həyata keçirilməsi deyil, risklərin əvvəlcədən müəyyənləşdirilməsi və qabaqlayıcı tədbirlərin görülməsi daha səmərəli nəticə verir.
Üç gün davam edən proqram çərçivəsində əldə olunan nəzəri və praktiki biliklərin iştirakçıların gündəlik fəaliyyətində tətbiqi, eləcə də onların öz bölgələrində digər arıçılara biliklərin ötürülməsi nəzərdə tutulur. TOT iştirakçılarının iştirakı isə əldə edilən təcrübənin daha geniş fermer auditoriyasına çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Yuxarı Tala kəndində keçirilən sahə görüşü fermerlərin maarifləndirilməsi, arıçılıqda müasir və elmi əsaslı yanaşmaların təşviqi, xəstəliklərə qarşı effektiv mübarizə mexanizmlərinin təbliği və təsərrüfatlarda biotəhlükəsizlik mədəniyyətinin formalaşdırılması baxımından faydalı olub.
Qeyd edək ki, Aqrar Təlim Mərkəzi tərəfindən keçirilən bu kimi beynəlxalq və yerli təcrübə mübadiləsinə əsaslanan praktiki təlimlər və sahə görüşləri kənd təsərrüfatı sahəsində çalışan fermerlərin peşəkar bilik və bacarıqlarının artırılmasına, müasir texnologiya və yanaşmaların təsərrüfatlarda tətbiqinə, qabaqcıl təcrübələrin yerlərdə yayılmasına, eləcə də arıçılıq sahəsində xəstəliklərin qarşısının alınması və biotəhlükəsizlik tədbirlərinin gücləndirilməsinə mühüm töhfə verir.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır