Bölgələrdə heyvan sağlamlığının qorunması ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
2026-08-18 12:00:00
Aqrar Xidmətlər Agentliyinin (AXA) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfindən regionlarda fermerlər və təsərrüfat sahibləri arasında heyvan sağlamlığının qorunması, xəstəliklərin vaxtında aşkarlanması və profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə maarifləndirmə kampaniyası davam etdirilir.
Silsilə xarakterli maarifləndirmə tədbirlərinin əsas məqsədi yay mövsümündə heyvanlar arasında daha çox rast gəlinən mövsümi xəstəliklər, xüsusilə qan-parazitar xəstəliklər və onların fəsadları barədə fermerlərin məlumatlılığının artırılması, xəstəliklərə qarşı qabaqlayıcı profilaktik tədbirlərin, vaxtında müayinə və müalicənin əhəmiyyətinin izah edilməsidir. Mütəxəssislər tərəfindən ardıcıl olaraq keçirilən görüşlərdə iri, orta və fərdi təsərrüfat sahiblərinə heyvanların yay mövsümündə sağlamlığının qorunması, təhlükəli yoluxucu, zoonoz və qan-parazitar xəstəliklərin qarşısının alınması, xəstəlik əlamətlərinin erkən müəyyənləşdirilməsi və müvafiq baytarlıq tədbirlərinin vaxtında həyata keçirilməsi ilə bağlı ətraflı məlumat verilib.
Eyni zamanda, yay aylarında geniş yayılan ektoparazitlərə qarşı mübarizənin gücləndirilməsi, heyvanların müvafiq qaydada çimizdirilməsi və baytarlıq preparatlarından təlimatlara uyğun istifadə olunmasının əhəmiyyəti izah edilib. Bildirilib ki, parazitlər yalnız heyvanların sağlamlığına mənfi təsir göstərmir, bəzi hallarda müxtəlif xəstəliklərin yayılmasında da mühüm rol oynayır.
Görüşlərdə təsərrüfatlarda sanitar-gigiyenik vəziyyətin yaxşılaşdırılması məsələlərinə də xüsusi diqqət yetirilib. Patogen mikroorqanizmlər, bakteriya və viruslara qarşı dezinfeksiya, xəstəliklərin yayılmasında iştirak edə bilən həşəratlara qarşı dezinseksiya tədbirlərinin düzgün və vaxtında həyata keçirilməsi ilə bağlı fermerlərə praktiki tövsiyələr verilib.
Mütəxəssislər tərəfindən fermerlərə xəstəlik şübhəsi yarandığı zaman heyvanların digər heyvanlardan təcrid edilməsi, özbaşına dərman və baytarlıq preparatlarından istifadə edilməməsi, xəstəlik əlamətləri müşahidə olunduqda isə vaxt itirmədən baytarlıq mütəxəssisinə müraciət edilməsinin vacibliyi bildirilib.
Fermerlərin suallarını cavablandıran mütəxəssislər konkret təsərrüfatlarda müşahidə olunan problemlərlə bağlı izahatlar verib, heyvanların sağlamlığının qorunması və xəstəliklərin qarşısının alınması istiqamətində praktiki məsləhətlər təqdim ediblər.
Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyi tərəfindən regionlarda heyvan sağlamlığının qorunması, epizootik sabitliyin təmin olunması və baytarlıq xidmətlərinin əlçatanlığının artırılması istiqamətində profilaktik və maarifləndirici tədbirlər davam etdirilir. Hazırda ölkə üzrə epizootik vəziyyət tam sabitdir.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır