Zaqatalada Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri mövzusunda seminar keçirilib
2026-08-20 11:32:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) və Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri” mövzusunda maarifləndirici seminar keçirilib.
Seminarda, AXA-nın Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin rəisi Ceyhun İbrahimov, Zaqatala RİH-in başçısının müavini İlkin Şəfizadə, aidiyyəti qurumların əməkdaşları, şəhər, qəsəbə, kənd icra nümayəndələri, bələdiyyələr və fermerlər iştirak ediblər.
Kənd təsərrüfatı bitkiləri üçün ciddi təhlükə yaradan bu zərərverici barədə vətəndaşları məlumatlandırmaq və qabaqlayıcı tədbirləri müzakirə etmək məqsədilə təşkil edilən seminarda vurğulanıb ki, qəhvəyi mərmər bağacığı polifaq zərərverici olmaqla, xüsusilə meyvə, tərəvəz və dənli bitkilərə ciddi ziyan vurur. Eyni zamanda, məhsuldarlığı və keyfiyyəti kəskin aşağı salır. Onun sürətlə çoxalma potensialı olduğuna görə, vaxtında aşkarlanması və kollektiv şəkildə mübarizə tədbirlərinin təşkili mühüm əhəmiyyət daşıyır.
Seminar çərçivəsində tədbir iştirakçıları ilə aktiv fikir mübadiləsi aparılıb və fermerləri maraqlandıran suallar ətraflı cavablandırılıb.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır