Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirlərinə həsr olunmuş növbəti iclas keçirilib
2026-08-25 14:59:00
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə kompleks tədbirlər davam etdirilir. Tədbirlər çərçivəsində “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı əsasında yaradılan Regional Əlaqələndirmə Mərkəzində təmsil olunan dövlət qurumlarının nümayəndələrinin Xaçmaz rayonunda növbəti iclası keçirilib. Tədbirdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA), Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon icra hakimiyyətlərinin və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
AXA-nın sədr müavini Cəfər Məhərrəmov regionda həyata keçirilən fitosanitar tədbirlər, monitorinqlərin nəticələri və qəhvəyi mərmər bağacığına qarşı mübarizənin yeni istiqamətləri barədə məlumat verib. O bildirib ki, cari ildə Balakən, Zaqatala, Qax və Xaçmaz rayonlarında qəhvəyi mərmər bağacığına qarşı bioloji mübarizə məqsədilə Samuray arısının (Trissolcus japonicus) sahələrə buraxılmasına başlanılıb. Hazırda növbəti il üçün bioloji mübarizə tədbirlərinin genişləndirilməsi məqsədilə AXA-nın Göygöl Entomofaqların İstehsalı Laboratoriyasında Samuray arısının yetişdirilməsi davam etdirilir. Bildirilib ki, zərərvericinin yayılma arealının müəyyənləşdirilməsi və populyasiya dinamikasının izlənilməsi məqsədilə feromon tələlərlə monitorinqlər davam etdirilir.
Görüşdə zərərvericinin yeni ərazilərə yayılmasının qarşısının alınması, mövcud ocaqlarda mübarizənin gücləndirilməsi, birgə monitorinqlərin davam etdirilməsi və aidiyyəti qurumlar arasında koordinasiyanın artırılması məsələləri müzakirə olunub.
Tədbirin sonunda regionda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və qarşıdakı dövr üçün birgə fəaliyyətin davam etdirilməsi ilə bağlı qərarlar qəbul edilib.
Qeyd edək ki, cari il ərzində AXA tərəfindən 51 rayonda 17 207 feromon tələ quraşdırılıb, kütləvi aşkarlanma qeydə alınan 2 903 ərazidə kimyəvi mübarizə tədbirləri həyata keçirilib, 20 mindən çox vətəndaşa isə zərərverici və ona qarşı mübarizə barədə maarifləndirici məlumat və tövsiyələr verilib.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır