AXA-nın Mərkəzi Laboratoriyasında “Açıq qapı” günü keçirilib
2026-08-25 17:13:00
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda kənd təsərrüfatının dayanıqlı inkişafının əsas prioritet istiqamətləri sırasında torpaq resurslarının qorunması və onlardan səmərəli istifadə olunması, eləcə də suvarma suyundan səmərəli istifadə mexanizmlərinin inkişaf etdirilməsi müəyyənləşdirilib.
Bu istiqamətlər üzrə laboratoriya xidmətlərinin imkanlarının genişləndirilməsi, fermerlərin müasir analiz xidmətlərinə çıxışının təmin edilməsi və torpaq və su resurslarının vəziyyətinin qiymətləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Mərkəzi Laboratoriyasında vətəndaşlar, fermerlər, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar və media nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günü keçirilib.
Tədbir çərçivəsində iştirakçılar Mərkəzi Laboratoriyanın fəaliyyəti, göstərilən xidmətlər, müasir avadanlıqlar və tətbiq olunan analiz metodları ilə tanış olublar. Torpaq analizləri üzrə azot, fosfor, kalium, pH və EC göstəricilərinin, toxum analizləri üzrə təmizlik və cücərmə göstəricilərinin, eləcə də 1000 dənin çəkisinin müəyyənləşdirilməsi prosesləri əyani nümayiş etdirilib. Həmçinin bitki xəstəliklərinin diaqnostikası, kənd təsərrüfatı məhsullarının analizi və suvarma suyunun müayinəsi ilə bağlı məlumat verilib.
Qeyd edək ki, cari ilin əvvəlindən avqust ayınadək Mərkəzi Laboratoriyada torpaq üzrə 803 nümunə qəbul edilib, onlardan 783 nümunə 5-dən 11-dək parametr üzrə analiz olunub. Toxum və ting üzrə 272, bitki xəstəlikləri üzrə 262 nümunənin qəbulu və analizi həyata keçirilib.
Bundan əlavə, kənd təsərrüfatı məhsullarının fitokimyəvi analizi üzrə 519, suvarma suyu üzrə isə 65 nümunə qəbul edilərək analiz olunub.
Aparılan analizlər torpaq və su resurslarının vəziyyətinin qiymətləndirilməsinə, toxum və ting materialının keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsinə, bitki xəstəliklərinin aşkarlanmasına və kənd təsərrüfatı məhsullarının müvafiq göstəricilər üzrə təhlilinə imkan verir. Bu xidmətlər fermerlərin daha düzgün və elmi əsaslandırılmış qərarlar qəbul etməsinə, resurslardan səmərəli istifadəyə və kənd təsərrüfatı istehsalının səmərəliliyinin artırılmasına xidmət edir.
Bununla yanaşı Mərkəzi Laboratoriyanın əsas fəaliyyət istiqamətləri və həyata keçirilən laborator müayinələr barədə təqdimat keçirilib. Təqdimat zamanı laboratoriyada göstərilən xidmətlər, tətbiq olunan müasir analiz metodları və əldə olunan nəticələrin kənd təsərrüfatında qərarvermə prosesində əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar laboratoriya mütəxəssisləri tərəfindən cavablandırılıb.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır