Pambıqçılıqda bioloji mübarizənin tətbiqinin nəticələrinə dair tarla seminarı keçirilib
2026-09-04 14:22:00
Salyan rayonunda Dövlət sort sınaq məntəqəsinin pambıq sahəsində zərərərli orqanizmlərə qarşı tətbiq olunan bioloji mübarizənin nəticələrinə dair tarla seminarı keçirilib. Tədbirdə Aqrar Xidmətlər Agentliyinin əməkdaşları, pambıqçılıqla məşğul olan şirkətlərin nümayəndələri və bölgə fermerləri iştirak edib. Tədbirdə Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin bioloji agentlərin istehsalı şöbəsinin müdiri Mehrəli Mehrəliyev bioloji mübarizənin əhəmiyyəti barədə məlumat verib. Bildirib ki, son dövrlər bitkiləri zərərverici və xəstəliklərdən qorumaq üçün əsasən kimyəvi mübarizə üsulundan istifadə olunur. Kimyəvi mübarizə üsulu çox təsirli ola bilər, lakin bu üsul həm bitkilər, faydalı həşəratlar, quşlar və heyvanlar, həm də ətraf mühit və insan sağlamlığı üçün zərərsiz deyil. Bu baxımdan zərərvericilərə qarşı mübarizədə ekoloji cəhətdən təhlükəsiz və iqtisadi cəhətdən səmərəli hesab edilən bioloji üsuldan istifadə mühüm əhəmiyyət kəsb edir.
Cari ildə Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin bioloji agentlərin istehsalı sahəsi tərəfindən Salyan rayonunda Dövlət Sort Sınaq Məntəqəsinin pambıq sahəsində kimyəvi mübarizə tətbiq etmədən trixoqramma ilə pambıq sovkasının yumurtasına qarşı dörd dəfə bioloji mübarizə aparılıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzini tərəfindən respublikanın pambıqçılıq rayonlarında pambıq sovkasının təbii düşməni və zərərvericinin yumurtası ilə qidalanan parazit həşərat olan trixoqrammadan istifadə edilməklə pambıq sovkasına qarşı mübarizə tədbirləri həyata keçirilıb. Belə ki, cari ildə pambıq istehsalı ilə məşğul olan şirkətlərin müraciəti əsasında pambıq sovkasının yumurtalarına qarşı ümumilikdə 34312 hektar sahədə bioloji mübarizə tətbiq olunub ki, bu da ötən illə müqayisədə 14613 hektar çoxdur.
Sonda Dövlət sort sınaq məntəqəsinin trixoqramma tətbiq olunan pambıq sahələrinə baxış keçirilib, fermerləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, bioloji mübarizə üsullarından olan trixoqramma tüfeylisi Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin bioloji agentlərin istehsal sahəsinin laboratoriyasında çoxaldılır və tarlalara buraxılır.Trixoqramma vasitəsi ilə həyata keçirilən bu bioloji mübarizə üsulunun qarğıdalı, tərəvəz bitkiləri və meyvəçilikdə də istifadə olunması məqsədəuyğundur. Bioloji mübarizədən istifadə kimyəvi preparatların tətbiqinin məhdudlaşdırılmasına, məhsulun maya dəyərinin aşağı düşməsinə səbəb olur ki, nəticədə keyfiyyətli və təhlükəsiz məhsul əldə olunur.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır