Astarada beynəlxalq təcrübəyə əsaslanan sahə görüşü keçirilib
2026-09-04 15:53:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təşviqi, eləcə də fermerlərin bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər davam etdirilir. Bu çərçivədə “Heyvan xəstəlikləri: Erkən Diaqnostika və Mübarizə Yolları” mövzusunda keçirilən üç günlük təlim proqramı başa çatıb.
Proqramın sonuncu günündə iştirakçılar Astara rayonunda yerləşən heyvandarlıq təsərrüfatında heyvan xəstəliklərinin vaxtında aşkarlanması, onların yayılmasının qarşısının alınması və təsərrüfatlarda biotəhlükəsizlik tədbirlərinin düzgün təşkili ilə bağlı praktiki məşğələlərdə iştirak ediblər. Praktiki təlimlər beynəlxalq ekspert, professor Mustafa Hasöksüz və yerli mütəxəssis, biologiya üzrə fəlsəfə doktoru Vüsal Abbasov tərəfindən keçirilib. Mütəxəssislər tərəfindən fermerlərə heyvandarlıq təsərrüfatlarında xəstəliklərə qarşı mübarizənin əsas prinsipləri, profilaktik tədbirlərin təşkili və erkən diaqnostikanın əhəmiyyəti barədə ətraflı məlumat çatdırılıb. Sahə görüşü zamanı biotəhlükəsizlik tədbirləri, dezinfeksiya işlərinin düzgün təşkili və sürətli diaqnostik testlərdən istifadə ilə bağlı praktiki biliklər verilib. İştirakçılara heyvanların sağlamlıq vəziyyətinin mütəmadi izlənilməsi, xəstəliklərin ilkin əlamətlərinin vaxtında aşkarlanması, nümunələrin düzgün götürülməsi və sürətli testlərdən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
Təlimin əsas məqsədi fermerlərin heyvan xəstəliklərinin erkən əlamətlərinin müəyyənləşdirilməsi, ilkin diaqnostika üsullarının tətbiqi, xəstəliklərin yayılmasının qarşısının alınması və təsərrüfatlarda biotəhlükəsizlik tədbirlərinin düzgün təşkili üzrə bilik və praktiki bacarıqlarının artırılması, həmçinin beynəlxalq təcrübənin yerli mütəxəssislər və fermerlər arasında yayılmasına dəstək göstərmək olub.
Aqrar Təlim Mərkəzi tərəfindən respublikanın müxtəlif bölgələrində fermerlər arasında keçirilmiş sorğuların nəticələri nəzərə alınaraq onların ehtiyaclarına uyğun təşkil olunan bu kimi maarifləndirici tədbirlər Dövlət Proqramının prioritetlərinə əsasən kənd təsərrüfatı sahəsində insan kapitalının inkişaf etdirilməsinə, müasir bilik və texnologiyaların təşviqinə, fermerlərin bilik və bacarıqlarının artırılmasına, eləcə də dayanıqlı və səmərəli təsərrüfatçılıq vərdişlərinin gücləndirilməsinə xidmət edir.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır