Qubada meyvə bağlarının salınması ilə bağlı maarifləndirici sahə görüşü keçirilib
2026-09-21 15:43:00
Fermerlərin bilik və bacarıqlarının artırılması, müasir aqrotexniki yanaşmaların təsərrüfatlarda tətbiqinin təşviqi məqsədilə Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən Quba rayonunda “Meyvə bağlarının salınması və tinglərin düzgün əkilməsi” mövzusunda maarifləndirici sahə görüşü keçirilib.
Görüş zamanı meyvə bağlarının salınması prosesində diqqət yetirilməli əsas məqamlar, ərazinin düzgün seçilməsi, torpağın hazırlanması, əkin sxeminin müəyyənləşdirilməsi, eləcə də yerli iqlim və torpaq xüsusiyyətlərinə uyğun meyvə sortlarının seçilməsi ilə bağlı fermerlərə ətraflı məlumat verilib. Mütəxəssislər tərəfindən sağlam və keyfiyyətli tinglərin seçilməsinin gələcəkdə bağın məhsuldarlığına və bitkilərin inkişafına birbaşa təsiri xüsusi vurğulanıb. Mütəxəssislər tinglərin əkinə hazırlanması, əkin çalalarının ölçüləri, kök sisteminin torpaqda düzgün yerləşdirilməsi, suvarma və ilkin qulluq qaydaları barədə praktiki tövsiyələr veriblər.
Proqramın praktiki hissəsində tinglərin düzgün əkilməsi prosesi əyani şəkildə nümayiş etdirilib. Fermerlər tətbiq olunan üsullarla yaxından tanış olub, onları maraqlandıran sualları mütəxəssislərə ünvanlayıblar. Bildirilib ki, meyvə bağlarının düzgün salınması və ilkin mərhələdə aqrotexniki qaydalara əməl olunması ağacların sağlam inkişafı, məhsuldarlığın yüksəldilməsi və bağların uzunmüddətli səmərəliliyi baxımından mühüm əhəmiyyət daşıyır.
Aqrar Təlim Mərkəzi tərəfindən bu kimi maarifləndirici tədbirlərin təşkili fermerlərin müasir kənd təsərrüfatı yanaşmaları barədə məlumatlılığının artırılması, əldə olunan biliklərin birbaşa sahədə tətbiqinin təşviqi və meyvəçilik sahəsində səmərəliliyin yüksəldilməsinə xidmət edir
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır