Beynəlxalq əməkdaşlıq çərçivəsində regionlarda maarifləndirici təlimlər davam edir
2026-09-23 16:14:00
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən beynəlxalq əməkdaşlıq çərçivəsində regionlarda keçirilən maarifləndirici təlimlər davam edir. Belə ki, “Biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi: idarəetmənin təkmilləşdirilməsi yolu ilə Azərbaycanın xüsusi mühafizə olunan ərazilər sisteminin gücləndirilməsi” layihəsi çərçivəsində növbəti təlimlər Lənkəran, Astara, Salyan və Neftçala rayonlarında baş tutub.
Layihənin əsas məqsədi xüsusi mühafizə olunan təbiət ərazilərinə yaxın yaşayan əhalinin kənd təsərrüfatı sahəsində bilik və bacarıqlarını artırmaq, onların məşğulluq imkanlarını genişləndirmək və dayanıqlı inkişaf prinsiplərini təşviq etməkdir. Bununla yanaşı, layihə çərçivəsində biomüxtəlifliyin qorunması, təbii ehtiyatlardan səmərəli istifadə və yerli icmaların sosial-iqtisadi rifahının yüksəldilməsi istiqamətində də mühüm addımlar atılır.
Təlimlər zamanı sitrus meyvələrinin, xüsusilə limonun yetişdirilməsi və becərilməsi, limon məhsulunun düzgün yığımı və saxlanma texnologiyası, limon ağaclarının qışa hazırlanması və gübrələmə planının hazırlanması ilə bağlı praktiki məlumatlar verilib. Eyni zamanda, bağların düzgün planlaşdırılması, intensiv bağçılıq modeli, ağacların budanması və tac formalaşdırılması, bitkilərin inkişaf xüsusiyyətlərinə uyğun aqrotexniki tədbirlərin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Bununla yanaşı, çayçılıq sahəsində əkin və becərmə texnologiyaları, çay plantasiyalarına aqrotexniki qulluq, gübrələmə və suvarma, məhsulun düzgün yığılması və keyfiyyətinin qorunması istiqamətində məlumatlar təqdim edilib. Təlimlərdə həmçinin səmərəli kənd təsərrüfatının əsas prinsipləri, mövcud resurslardan düzgün və qənaətlə istifadə, məhsuldarlığın və məhsul keyfiyyətinin artırılması, aqrotexniki tədbirlərin vaxtında və düzgün icrası, eləcə də təsərrüfatlarda səmərəli və dayanıqlı yanaşmaların tətbiqi məsələlərinə diqqət yetirilib.
Aqrar Təlim Mərkəzi respublikanın müxtəlif bölgələrində beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən bu kimi maarifləndirici tədbirlər regionlarda kənd təsərrüfatı üzrə bilik və bacarıqların artırılmasına, qabaqcıl və müasir təcrübələrin yerli səviyyədə təşviqinə, biomüxtəlifliyin qorunması ilə kənd təsərrüfatı fəaliyyətinin uzlaşdırılmasına mühüm töhfə verir. Bu istiqamətdə dövlət və özəl sektor, beynəlxalq təşkilatlar və yerli icmalar arasında əməkdaşlığın gücləndirilməsi, bilik və təcrübə mübadiləsinin genişləndirilməsi məqsədilə tədbirlər silsilə şəkildə davam etdiriləcək.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır